Deputat Elxan Süleymanov Şamaxı rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb

Milli Məclisin deputatı Elxan Süleymanov bu gün Şamaxıda rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb.

SalamNews-un məlumatına görə, o, qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb. Deputat bildirib ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyindən bir müddət əvvəl yazdığı məktuba cavab alıb.

(more…)

Şamaxının 20 – dək kəndinə su xətti çəkiləcək

 

Şamaxının millət vəkili Elxan Süleymanov mart ayının 1-də Şamaxı şəhərindəki qərargahında Şamaxı rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb. Qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən millət vəkili onlara ən səmimi arzularını çatdırıb.

 

Son dövrdə görülən işlərlə bağlı görüş iştirakçılarına məlumat verən millət vəkili Elxan Süleymanov vurğulayıb ki, onun təşəbbüsü və təşkilatçılığı ilə ən yaxın vaxtlarda rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyyə, Meysəri, Muğanlı, Nüycü, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan, Çıraqlı yaşayış məntəqələrinə su xəttinin çəkilməsinə başlanacaq.

 

(more…)

AVCİYA və SAMF bədii qiraət müsabiqəsi keçirir

Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxıda böyük satirik şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə start verib.
qhtxeber.az-ın məlumatına görə, iki mərhələdə keçiriləcək müsabiqəyə klassik şairin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.

(more…)

Ermənistanın işgalı Belçikada müzakirə ediləcək

Mart ayının 5-dən 8-nə Belçika Parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsi-hüquqi və humanitar aspektlər. İşğal edilmiş ərazilər, unudulmuş ərazilər” mövzusunda müzakirələr təşkil ediləcək. Müzakirələrin təşkilatçısı Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovdur.

(more…)

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin “Xocalı-1992” kitabı işıq üzü görüb

 Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – Azərbaycan, ingilis, fransız və rus dillərində “Xocalı-1992” kitabı işıq üzü görüb.

Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barədə gerçəkliyi növbəti dəfə diqqətə çatdırır.

(more…)

Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib

 Respublika Hərbi Prokurorluğunun rəsmi nümayəndəsi: “Sovet ordusunun 366-cı alayının komandiri Yuri Zarviqarov, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan və digərləri Xocalıda azərbaycanlıların məhvini planlaşdırıb”

 Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov münaqişənin səbəbləri və Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə məlumat verib. O, erməni və rus silahlıları tərəfindən 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 421 nəfərə ağır xəsarət yetirildiyini, 1275 nəfərin əsir və girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin bu gün də məlum olmadığını vurğulayıb.

(more…)

AVCİYA “Körpülərin Salınması”na hazırlaşır

Bu yaxınlarda Avropa Məsələləri üzrə İnstitutun (İNEA) 2 nümayəndəsi Michel Achenbach və xanım Lieselotte Gramke Azərbaycanda olmuşlar.
Səfərin məqsədi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İNEA-nın təşkilatçılığı ilə 27 – 29 sentyabr 2012-ci il tarixlərdə Qəbələ şəhərində “Körpülərin Salınması” adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin başlanması idi. qhtxeber.az-ın verdiyi məlumata görə, bu səbəbdən də Avropa Məsələləri üzrə İnstitutun (İNEA) nümayəndələri tədbirin hazırlıq mərhələsinin başlanması ilə bağlı Azərbaycana səfər ediblər. Səfər zamanı onlar tədbirin keçiriləcəyi Qəbələdə olaraq konfrans zalı və qonaqların qalacaqları şəraitlə tanış oldular. Bundan savayı, qonaqlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovla görüşüblər. Sentyabrda keçirilək “Körpülərin Salınması” adlı beynəlxalq konfransda xaricdən 100-dən artıq mötəbər qonaqlar – hazırki və sabiq dövlət və hökumət başçılarının, parlament üzvləri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin, Türkiyənin prezidenti cənab Abdulla Gülün, Gürcüstan prezidenti cənab Mixail Saakaşvilinin, FİFA-nın prezidenti cənab Blatterin və başqa yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.

.

AVCİYA sentyabrda “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçirəcək

Bakı-APA. Avropa Məsələləri üzrə İnstitutun (İNEA) 2 nümayəndəsi Michel Achenbach və xanım Lieselotte Gramke Azərbaycanda olub. AVCİYA-dan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İNEA-nın təşkilatçılığı ilə sentyabrın 27-29-da Qəbələdə “Körpülərin Salınması” adlı beynəlxalq konfransın keçirilməsinə dair hazırlıq işlərinin başlanması olub. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirib ki, Avropa Məsələləri üzrə İnstitut dünyanın tanınmış və mötəbər beyin mərkəzlərindən biridir: “İnstituta 4 ildən bir təyin edilən Şura rəhbərlik edir və hazırda Almaniyanın keçmiş dövlət naziri professor Yurgen Qramke Şuranın sədridir. Bundan başqa institutun 16 mötəbər siyasətçilərdən ibarət İdarə Heyəti var. İdarə Heyətində Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, Avstriyanın keçmiş vitse-kansleri Busek Erhard, Norveçin keçmiş xarici işlər naziri Qodal Byoern Tore, Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke, Avstriyanın keçmiş federal kansleri Alfred Qusenbauer, Almaniyanın keçmiş dövlət katibi Auqust Hanninq, Avropa Mərkəzi Bankının İcraedici Şurasının keçmiş üzvü Otmar İssinq, Avropa İcmaları Ədalət Məhkəməsinin üzvü Egil Levits, Finlandiyanın keçmiş ticarət naziri Eero Rantala, Avropa Komissiyasının keçmiş prezidenti, Lüksemburqun keçmiş dövlət naziri Jak Santer, Bolqarıstanın keçmiş baş naziri Simeon Saks-Koburq, Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster, Sloveniyanın keçmiş xarici işlər naziri İvo Vayql, Qərbi Avropa İttifaqının keçmiş baş katibi, Niderlandın keçmiş dövlət naziri Villem Van Eekelen və polşalı diplomat, Yanuş Reiter təmsil olunurlar. 

Bir il öncə Azərbaycana səfəri zamanı cənab Qramke mənimlə görüşü zamanı Azərbaycanda böyük bir beynəlxalq konfransın keçirilməsi ideyasına münasibətimi bilmək istədi. Rəhbərlik etdiyim AVCİYA uzun illərdir bu kimi tədbirlərin təşkili və keçirilməsi məşğuldur. Bu səbəbdən də biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Fevralın 1-3-də Avropa Məsələləri üzrə İnstitutun (İNEA) nümayəndələri cənab Michel Achenbach və xanım Lieselotte Gramke tədbirin hazırlıq mərhələsinin başlanması ilə bağlı Azərbaycana səfər etdilər. Səfər zamanı onlar tədbirin keçiriləcəyi məkan, Qəbələdə konfrans zalı və qonaqların qalacaqları şəraitlə tanış oldular. Bundan savayı, qonaqlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovla görüşlər keçirdilər. Görüşlərdə qonaqlar konfransla bağlı ətraflı məlumat verməklə bu qurumların tədbirdə iştirakları modellərini müzakirə etdilər.

Qeyd edim ki, sentyabrda keçirilək “Körpülərin Salınması” adlı beynəlxalq konfransda xaricdən 100-dən artıq mötəbər qonaqlar – hazırkı və sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edəcəklər. Tədbirdə Azərbaycan prezidenti cənab İlham Əliyevin, Türkiyənin prezidenti cənab Abdulla Gülün, Gürcüstan prezidenti cənab Mixail Saakaşvilinin, FİFA-nın prezidenti cənab Blatterin və başqa yüksək səviyyəli qonaqların iştirakı gözlənilir”.

Azərbaycanlı deputat AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə müraciət edib

Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin sədri, AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə müraciət edib. Modern.az saytı həmin müraciətin mətnini olduğu kimi təqdim edir.  

– Hörmətli həmkarlar,

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci ildə “Azərbaycanda siyasi məhbus məsələsi” məruzəsinin adının “Siyasi məhbus məsələsinə yenidən baxılması” adına dəyişdirilməsi barədə qərar qəbul etməsindən sonra cənab Kristof Ştrasser Azərbaycana qarşı davamlı təbliğat və sözün əsl mənasında mübarizə kampaniyasına başlayıb.

(more…)

Azərbaycanın bir qrup deputatı Avropaya gedib

 Yanvarın 22-dən 31-dək Belçikanın Brüssel şəhərində Avronest Parlament Assambleyasının iclasları keçiriləcək. Tədbirlərdə ölkəmizi Avronest PA-da Azərbaycan milli nümayəndə heyətinin başçısı Elxan Süleymanovun rəhbərlik etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Rövşən Rzayev, Asim Mollazadə, Fuad Muradov, Rasim Musabəyov, Sevinc Hüseynova və Azər Kərimli daxildirlər.

(more…)