Avropa Parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Bakı – APA. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. APA-nın xəbərinə görə, Alen Desteks, Dan Yorgensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə görüşlər keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq. 

(more…)

“AVRONEST Parlament Assambleyası sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük siyasi uğurdur”

 “Azərbaycan AVRONEST Parlament Assambleyasının Bakıda keçiriləcək plenar sessiyasına tam hazırdır. Azərbaycan nümayəndə heyəti buna çox ciddi hazırlaşır. Güman edirəm ki, bu sessiya çox uğurla başa çatdırılacaq və Azərbaycan üçün yaddaqalan tarixi hadisə olacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib. O bildirib ki, sessiyanın Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük siyasi uğurdur: “Biz buna asanlıqla nail olmamışıq. Azərbaycan nümayəndə heyəti uzunmüddətli iş aparıb və biz buna səsvermə nəticəsində nail olmuşuq”. 

(more…)

Belçikada keçirilən dinləmələrdə: Ermənistana qarşı siyasi sanksiyalar tətbiq olunmalıdır

Dünən Belçika Federal Parlamentinin “Konqres” zalında «İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri» mövzusunda müzakirələr keçirilib.

http://www.apa.aznın məlumatına görə, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanovun təşkilatçılığı ilə keçirilən bu müzakirələrdə Belçikada səfərdə olan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanov, “İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın sədri, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı, Avropada Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin direktoru Klod Moniket (Claude Moniquet) və “Sərhədsiz vəkillər” təşkilatının təsisçisi Pyer Legros iştirak ediblər. Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açıb.

(more…)

Şamaxının millət vəkili adından qəhrəman analara hədiyyələr təqdim olunub – 07.03.2012

Şamaxıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər davam edir. Şamaxının  millət vəkili  Elxan Süleymanov ötən il olduğu kimi, bu il də  Şamaxı rayonunda yaşayan qəhrəman anaları yaddan çıxarmayıb. Elxan Süleymanovun Şamaxı rayonundakı qərargahının əməkdaşları tərəfindən rayon ərazisində yaşayan 200 nəfərə yaxın qəhrəman anaya millət vəkilinin adından hədiyyələr təqdim olunub.

Qəhrəman analar onlara göstərilən diqqət və qayğıya görə millət vəkilinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə, millət vəkilinin Şamaxıdakı qərargahında Beynəlxalq Qadınlar  Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanov rayon bələdiyyələrinin qadın üzvləri ilə çay süfrəsi ətrafında görüşüb və onlara hədiyyələr təqdim edib.

Azərbaycan parlamentariləri Brüssel meriyasında görüş keçiriblər


Brüssel. Viktoriya Dementyeva – APA. Azərbaycan Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Belçikaya səfərləri çərçivəsində Brüssel meriyasında görüş keçiriblər.


APA-nın Belçikaya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, qrupun rəhbəri Elxan Süleymanov meriya rəhbərliyinə Bakıda keçiriləcək Eurovision 2012 mahnı müsabiqəsinə qatılmaq üçün dəvətnaməni təqdim edib, Bakının etüdları əks olunan kitabı hədiyyə edib.

(more…)

Ermənistan 431 milyard dollar ziyan vurub

Azərbaycan Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı işıqüzü görüb. AVCİYA-dan verilən məlumata görə, kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir. 

(more…)

Ermənistan 431 milyard dollar ziyan vurub


Azərbaycan Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı işıqüzü görüb. AVCİYA-dan verilən məlumata görə, kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir. 

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər mövzusunda müzakirələr olacaq

 Azərbaycan nümayəndə heyəti 5 – 8 Mart tarixində Belçikada səfərdə olacaq. Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, eləcə də  millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı,  hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı daxildir. Səfərin proqramı çox zəngindir. 

(more…)

Azərbaycanlı deputatlar Belçikaya gedir

Bu gün Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə səfərə yola düşür. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlar Fuad Muradov, Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov “İlin millət vəkili” internet sorğusunun qalibi olub

Şamaxının millət vəkili Elxan Süleymanov reytinq.info saytının keçirdiyi “İlin millət vəkili” internet sorğusunun qalibi olub. Elxan Süleymanov bu sorğuda bütün səs verənlərin 26 faizinin səsini toplayıb.

(more…)