Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi Belçika Parlamentinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaqdır

Xəbər verdiyimiz kimi, Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın dəvətinə əsasən,  Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli  Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.

Martın 6-da Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycan və Belçika parlamentlərarası dostluq qruplarının üzvləri, belçikalı parlamentarilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 100-dən artıq şəxs iştirak etmişdir.

Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açmış, iştirakçıları müzakirələrdə fəal olmağa çağırmışdır.

Sonra “Euronyus” kanalının 2011-ci ildə “Dağlıq Qarabağ: qaçqınları ziyarət” adlı videoreportajı nümayiş etdirilmişdir.

Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar tərəfləri” mövzusunda çıxış etmişdir.

(more…)

F. de Donnea: «Belçika Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutur»

Brüsseldə səfərdə olan Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Belçika dövlət naziri, kralın məsləhətçisi, parlamentin deputatı Franko Xavyer de Donnea ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov F. de Donneaya Dağlıq Qarabağ münaqişəsi braədə məlumat verib. E. Süleymanov Avropanın bu münaqişə ilə bağlı beynəlxalq hüququn normalarına əsaslanaraq öz mövqeyini dəqiq bildirməli olduğunu bəyan edib.

(more…)

«Ermənistanın təcavüzü və Azərbaycanın torpaqlarını işğal etməsi faktı beynəlxalq ictimaiyyətdə şübhə doğurmur»

Brüsseldə səfərdə olan Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti bu ölkənin parlamentinin prezidenti Sabin de Betyunla görüşüb.  APA-nın məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi və Avropanın onun həllindəki rolu barədə fikir mübadiləsi aparıblar. 

(more…)

Brüsseldə Azərbaycan və Belçikanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib

Martın 7-də Brüsseldə Azərbaycan və Belçikanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi və bəzi regional məsələləri müzakirə ediblər. Nümayəndə heyətinin başçısı, Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov demokratik Avropanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.

(more…)

Azərbaycanın Belçikadakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş fotosərgi keçirilib

Martın 7-də Azərbaycanın Belçikadakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş fotosərgi keçirilib. APA-nın məlumatına görə, «Qarabağ harayı fotolarda» adlı sərgidə «Azərtac» agentliyinin fotoqrafı İlqar Cəfərovun Xocalı hadisələrindən sonra, həmçinin Ağdam və Kəlbəcərdə çəkdiyi 60-dan çox şəkil nümayiş olunub. 

 

(more…)

Avropalı deputatlar ölkəmizə səfər edəcək

Parlamentarilər Helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edəcək

Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə Nbc.az-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib

 

(more…)

Avropalı deputatlar cəbhə bölgəsinə də səfər edəcəklər

 
Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Alen Desteks, Dan Yorqensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə bir neşə görüş keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq. Martın 8-i axşam saatlarında Bakıda olacaq parlamentarilərin Azərbaycan rəsmiləri ilə görüşləri martın 9-da başlayacaq

(more…)

Avropalı deputatlar ölkəmizə səfərə gəlir

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Səfər Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə reallaşacaq. “Azadinform”un məlumatına görə, Alen Desteks, Dan Yorqensen, Norbert  Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti Ağdama gedərək məcburi köçkün qəsəbəsi və məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olacaq. 

(more…)

Milli Məclisin deputatı avropalı həmkarlarını Azərbaycana gətirir

 

Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Alen Desteks, Dan Yorqensen, Norbert  Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə bir neşə görüş keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq.

(more…)

Avropalı deputatlar ölkəmizə səfər edəcək

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Bu sözləri SİA-ya açqılamasında millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. Onun sözlərinə görə, Alen Desteks, Dan Yorqensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə bir neşə görüş keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq.

(more…)