Cari bölmə: Tərcümeyi-hal

Süleymanov Elxan Sirac oğlu

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd

SÜLEYMANOV ELXAN SİRAC OĞLUNUN

həyat və fəaliyyəti haqqında qısa məlumat.

          Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləmişdir.

(more…)