Cari bölmə: Seçki Platforması

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçkiqabağı platforması

 

Borc, Öhdəlik, Şərəf, Ölkə. Bu dörd müqəddəs söz siyasətçinin amal və məramını diktə edir. Mənim üçün bu anlayışlar bölünməz vəhdət deməkdir: ruh düşkünlüyü olduqda onu bərpa etmək; inama doğru kiçik bir yol olduqda onu doğrultmaq, ümidsizlik olduqda ümidi oyatmaq.

Ola bilsin, mən bunların hamısının mənasını sizə çatdırmaq üçün kifayət qədər natiqlik istedadına və təxəyyülün poeziyasına malik deyiləm. Buna inanmayanlar deyəcək ki, bunlar yalnız sözlər, yalnız şüar və yalnız parlaq ibarələrdir. Hər xırdaçı, hər demaqoq, hər pessimist, hər böhtançı, hər riyakar, hər fitnəkar və tam müxtəlif xarakterli digərləri hətta istehza və rişxəndlə bu sözlərin əhəmiyyətini azaltmağa cəhd edəcəklər.

(more…)