Cari bölmə: Seçki 2010

Bülleten

(more…)

Buklet

(more…)

Vəkillər

1. Musa Yaqub –  şair, Söz Azadlığını Müdafiə Fondunun sədri

 

2. Afər İsa oğlu Əfəndiyev –  tibb elmləri doktoru, professor

 

3. Rəfail Vahid oğlu Tağızadə – Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi

(more…)

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçicilərə müraciəti

 

Əziz Seçicilər!


Sizi və məni yaxından maraqlandıran Şamaxının gələcəyi üçün etdiyim müraciətə bir neçə dəqiqə vaxt ayırmağınızı xahiş edirəm. Biz hamımız bilirik ki, Şamaxıda problemlər var və onlar öz həllini tapmalıdır. Siz bu problemlərin həllini tələb etdikdə çox böyük tələb yox, sadəcə öz haqqınızı tələb edirsiniz. Bu, Sizin haqqınızdır və mən Sizin öz haqqınıza çatmağınız üçün Sizinlə birlikdə daima çalışacağam.

(more…)

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Süleymanov Elxan Sirac oğlunun seçkiqabağı platforması

 

Borc, Öhdəlik, Şərəf, Ölkə. Bu dörd müqəddəs söz siyasətçinin amal və məramını diktə edir. Mənim üçün bu anlayışlar bölünməz vəhdət deməkdir: ruh düşkünlüyü olduqda onu bərpa etmək; inama doğru kiçik bir yol olduqda onu doğrultmaq, ümidsizlik olduqda ümidi oyatmaq.

Ola bilsin, mən bunların hamısının mənasını sizə çatdırmaq üçün kifayət qədər natiqlik istedadına və təxəyyülün poeziyasına malik deyiləm. Buna inanmayanlar deyəcək ki, bunlar yalnız sözlər, yalnız şüar və yalnız parlaq ibarələrdir. Hər xırdaçı, hər demaqoq, hər pessimist, hər böhtançı, hər riyakar, hər fitnəkar və tam müxtəlif xarakterli digərləri hətta istehza və rişxəndlə bu sözlərin əhəmiyyətini azaltmağa cəhd edəcəklər.

(more…)

Süleymanov Elxan Sirac oğlu

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd

SÜLEYMANOV ELXAN SİRAC OĞLUNUN

həyat və fəaliyyəti haqqında qısa məlumat.

          Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləmişdir.

(more…)