Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Şən və Hazırcavablar Klubunun rəhbərliyindən təxribata son qoyulmasını tələb etdi.

logo

Müraciətin mətni:

 

“KVN – 2017” adlı 28-ci şən və hazırcavablar Beynəlxalq Festifalında bir çox ölkələrin komandaları ilə yanaşı “Cörək və Duzla” adlı qondarma “Dağlıq Qarabağ” komandasının da iştirak etməsinə Azərbaycan xalqı qəti etirazını bildirir.

Nəinki Rusiya dövləti, bütün dünya Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını qəbul edir və 1 milyondan artıq Azərbaycanlının işğal bölgəsindən məcburi köçkün düşməsi, Ermənistan silahlı qüvvələri tərəfindən çoxsaylı insanların amansızcasına qətlə yetirilməsi barədə məlumatlıdır. Elə 2016-cı ildə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə bunun əyani sübutudur. Avropa Şurasına üzv olan 47 Avropa ölkəsi bu qətnaməyə səs verərək Ermənistan dövlətini işğalçı kimi tanıdı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən geri çəkilməsini tələb etdi.

İşğalçı Ermənistan işğalı leqallaşdırmaq üçün Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanıtmaq istiqamətində 25 ildir iş aparır, lakin onlar bu məqsədlərinə nail ola bilmirlər.

Qondarma “Dağlıq Qarabağ” komandasının bu festivalda tərəf kimi çıxış etməsi birbaşa Ermənistanın işğalçı siyasətinə dəstək verilməsinə xidmət edir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistanın işğal altında saxladığı ərazilərdə formalaşdırdığı separatçı qondarma “Dağlıq Qarabağ Respublikasını” təmsil edən “Cörək və Duzla” adlı komandanın festivalda iştirakının dərhal dayandırılmasını tələb edir, ictimai rəydə çaşğınlıq yaradılmasının qarşısını almağa çağırırıq.

Hesab edirik ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Diaspor təşkilatlar bu təxribatın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları