AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir

avciya-logo-slider

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı.

Dünən, iyulun 4-də, axşam saatlarında işğal altında olan ərazilərimizdəki  Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutdular.

Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə  lənətləyir və dünya ictimaiyyətinin diqqətini bu dəhşətli hadisəyə yönəldirik.

ATƏT-in Minsk Qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası

5 iyul 2017-ci il

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu