Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi

Millət vəkili birinci sinfə qəbul olunan şagirdlərə dərs ləvazimatları təqdim edib

 

Sentyabrın 17-də Şamaxının millət vəkili Elxan Süleymanov ənənəvi olaraq bu il də yeni tədris ilini rayon məktəbliləri ilə qarşılayıb. Musavat.com xəbər verir ki, millət vəkili Şamaxının Məlcək və Ərçiman kəndlərində yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təşkil olunmuş mərasimlərdə iştirak edib. Elxan Süleymanov hər iki kənddəki mərasimdə çıxış edərək, müəllim və şagirdləri yeni dərs ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Millət vəkili Məlcək və Ərçiman kəndlərində birinci sinfə gedən şagirdlərə dərs ləvazimatları hədiyyə edib.

 

Xatırladaq ki, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə Məlcək kənd ümumi orta məktəbi üçün ən müasir tələblərə cavab verən yeni bina, Ərçiman kənd ümumi orta məktəbi üçün isə 2015-ci ildə üç sinif otağından ibarət əlavə tədris korpusu inşa edilib.

 

 

Sentyabrın 15-də isə millət vəkili doğulduğu Göyçay rayonunun Qaraman kəndində, əsasını babası Hacı Rəhim Əfəndinin qoyduğu və onun adını daşıyan kənd tam orta məktəbində Bilik Günü ilə bağlıtədbirdə iştirak edib.

 

 

12 sinif otağı, kitabxana, laboratoriya, hərbi hazırlıq, kompüter otaqları, 2 akt zalı, bufet və daxili qapalı həyətdən ibarət məktəb binası 2017-ci ildə Elxan Süleymanovun dəstəyi ilə inşa olunub. Millət vəkili birinci sinfə qəbul olunan şagirdlərə dərs ləvazimatları təqdim edib. Tədbirdə çıxış edən millət vəkili iştirakçılara Bilik Günü münasibəti ilə təbriklərini çatdırıb, şagirdləri məktəbin şərəfli ənənələrini davam etdirməyə çağırıb.

 

Musavat.com

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Şamaxının millət vəkili Elxan Süleymanov Göyçayın Qaraman, Şamaxının Məlcək və Ərçiman məktəblərində
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb