Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb

İyunun 13-də Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində dindarlar üçün iftar süfrəsi açılıb.

Ənənəyə uyğun olaraq artıq səkkizinci ildir ki, millət vəkili Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Şamaxı şəhərindəki Cümə məscidində açılan bu dəfəki iftar süfrəsində Şamaxı rayonunun dindarları iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

 

 

Bənzər mövzular

Qurban bayramınız mübarək!
Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir