AVCİYA-nın növbəti nəşri Göyçayda təqdim olundu

_MG_8614

İyunun 30-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi tarixçi Məhərrəm Zülfüqarlının “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi-Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)” kitabının təqdimat mərasimi oldu.

Mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, Bığır kəndindəki türk əsgəri Mustafa Çavuşun və rayon ərazisindəki naməlum türk əsgərinin məzarını ziyarət etdilər və əklillər qoydular.

Mərasimi giriş sözü ilə açan coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı  bildirdi ki, 70 illik sovet hakimiyyəti ərzində azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlər xalqdan gizlədilib. Yalnız 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu hadisələrin əsil mahiyyətini açan fərmanından sonra, bu həqiqətlər tarixi araşdırmaların mövzusuna çevrilib. Natiq AVCİYA-nın və onun prezidenti, millət vəkili Elxan Süleymanovun Ermənistanın Azərbaycana təcavüzü, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım gerçəklərinin dünyaya çatdırılması sahəsindəki fəaliyyətindən danışdı. Ş.Göyçaylı bildirdi ki, təqdim olunan kitab da həmin fəaliyyətin tərkib hissəsidir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə mərasim iştirakçılarını salamladı. M.Səlimzadə tədbirin 1918-ci ilin iyun-iyul aylarında Azərbaycan əsgərləri və Qafqaz İslam Ordusunun birgə səyi ilə məhz Göyçayda erməni hücumlarının qarşısının alınmasına həsr olunmuş kitabın təqdimatı ilə bağlı olduğunu onun əhəmiyyətini daha da artırdığını bildirdi. Natiq bu kitabın ermənilərin tarixi saxtakarlıqlarının üstünə işıq salacağını da qeyd etdi.

Təqdim olunan kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı onun yaranma səbəblərindən, Göyçay döyüşlərinin tarixi əhəmiyyətindən və Azərbaycan tarixində tutduğu yerdən danışdı.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin katibi Abdullah Tüylü tədbiri iki dövlət arasında qardaşlığın təcəssümü kimi dəyərləndirdi.

Tarix elmləri doktoru, professor Kərim Şükürov “Göyçay döyüşləri” mövzusunun Azərbaycan tarixində az işlənən mövzulardan olduğunu qeyd etdi və bu baxımdan kitabın əhəmiyyətini vurğuladı.

Əməkdar müəllim Pərviz Yəhyayev Göyçay döyüşlərinin uzun müddət araşdırılmadığını bildirdi və kitabı bu cəhətdən çox faydalı nəşr hesab etdi.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirdi ki, azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırım bu gün də davam edir. Belə ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi rayonunu işğal ediblər, altı rayonu isə işğal ərazisində olan Sərsəng su anbarı vasitəsi ilə ekoloji təcavüz altında saxlayırlar. Millət vəkili həmçinin ötən il onun təşəbbüsü ilə hazırlanan və qəbul edilən AŞPA-nın 2085 saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan məhrum edilməsi” haqqında qətnaməsindən, bu qətnamənin müddəalarının dünya birliyinə, xüsusilə də Ağ Ev administrasiyasına çatdırılması üçün “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı görülən işlərdən danışdı. E.Süleymanov həm qətnamədə, həm də petisiyada Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi faktının qabardılmasını ermənilər üzərində ideoloji qələbə kimi dəyərləndirdi.

Qeyd edək ki, “1905.az STUDİO”da çapa hazırlanan “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi-Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)” kitabının layihə rəhbəri AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov, elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, rəyçisi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

_MG_8210

_MG_8213

_MG_8243

_MG_8277

_MG_8302

_MG_8334

_MG_8337

_MG_8344

_MG_8351

_MG_8367

_MG_8382

_MG_8411

_MG_8415

_MG_8419

_MG_8457

_MG_8430

_MG_8485

_MG_8448

_MG_8506

_MG_8420

_MG_8526

_MG_8541

_MG_8582

_MG_8577

_MG_8601

_MG_8595

_MG_8603

_MG_8431

 

Fotolar Dadaş Musayevindir.

Bənzər mövzular

Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının daha bir kəndinin su problemi həll edildi
Elxan Süleymanov: “Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır”
AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir
“Sərsəng harayı” kitabı işıq üzü görüb