Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Əngəxaran kəndində iftar süfrəsi açılıb

_MG_7857

İyunun 10-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Əngəxaran kəndində dindarlar üçün iftar süfrəsi açılıb. Ənənəyə uyğun olaraq artıq yeddinci ildir ki, millət vəkil Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Bu dəfəki iftar süfrəsində Şamaxı rayonunun Əngəxaran, Məlhəm və Çuxuryurd kəndlərinin dindarları, bütövlükdə 170-dən artıq adam iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, həmin kəndlərin din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

_MG_7853

_MG_7849

Bənzər mövzular

Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının daha bir kəndinin su problemi həll edildi
Elxan Süleymanov: “Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır”
AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir
“Sərsəng harayı” kitabı işıq üzü görüb