Şamaxıda VII M.Ə.Sabir Bədii qiraət müsabiqəsi oldu (Fotolar)

May ayının 24-25-də Şamaxı son yeddi il ərzində olduğu kimi yenə də M.Ə.Sabir şeirlərilə nəfəs alırdı. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə keçirilən Yeddinci M.Ə.Sabir Bədii Qiraət müsabiqəsinə həmişəki kimi maraq böyük idi. Aprelin 20-dən başlayaraq təhsil müəssisələri səviyyəsində keçirilən müsabiqə öz kuliminasiya mərhələsinə qədəm qoymuşdu. Müsabiqənin rayon turuna  Şamaxının ümumi və tam orta məktəblərini, Şamaxı Dövlət Regional Kollecini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialını təmsil edən 200-dən artıq iştirakçı qatılmışdı.

İştirakçılar tanınmış şair Musa Yaqubun rəhbərlik etdiyi, ölkənin tanınmış elm və mədəniyyət adamlarının daxil olduğu münsiflər heyətinə fərdi, qrup halında və kreativ çıxışlarını təqdim etdilər. Sabir şeirlərini qeyri-adi təfsirdə – şeirlər əsasında qurulmuş mini-tamaşa formasında təqdim edənlərin çıxışları xüsusilə maraqla qarşılandı. Müsabiqə iştirakçılarının bir çoxu məxsusi olaraq bu tədbir üçün tikdirdikləri kostyumlarda, səylə hazırladıqları qrim, dekorasiya və rekvizitlərdə çıxış etdilər. İştirakçılar arasında Sabir şeirlərini Azərbaycan dilində söyləyən bir neçə milliyyətcə rus şagirdin olması, eləcə də şairin rus dilinə tərcümə edilən şeirlərinin səsləndirilməsi yaddaqalan idi. Bütövlükdə müsabiqə parlaq keçdi, həm tamaşaçılarda, həm də iştirakçıların özlərində böyük təəssürat yaratdı.

Mayın 25-də Şamaxı şəhər mədəniyyət sarayında millət vəkili Elxan Süleymanovun, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi oldu. Aktyor Səfa Mehdinin aparıcı olduğu tədbirdə münsiflər heyətinin üzvləri şair Musa Yaqub, filologiya elmləri doktoru, professor Asif Hacıyev, Sabir ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov çıxış edərək, müsabiqənin tərbiyəvi əhəmiyyətindən, rayonun mədəni həyatında artıq özünə möhkəm yer tutmasından danışdılar və bu tədbiri yeddinci ildir keçirən, rayonun bir sıra kəndlərinə su çəkdirib, Sabir bulaqları inşa etdirən və böyük şairin adını əziz tutan millət vəkili Elxan Süleymanova minnətdarlıqlarını bildirdilər.

Şamaxının millət vəkili Elxan Süleymanov artıq yeddinci ildir müsabiqənin münsiflər heyətinə rəhbərlik edən şair Musa Yaqubu 80 illik yubileyi münasibətilə təbrik etdi. Millət vəkili Sabirin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, onun şeirlərinin aktuallığından danışdı, qalibləri və onların müəllimlərini təbrik etdi.

Tədbirin sonunda müsabiqə qalibləri müakafatlandırıldı, onlara qiymətli hədiyyələr və diplomlar təqdim olundu.

18623648_1176057585853211_410742232299873462_o

18699446_1176057829186520_7022470125314241233_o

18699666_1176058149186488_933837823802303921_o

18673062_1176058289186474_2402229153709559802_o

18673014_1176058415853128_7303194320439543505_o

18699313_1176059662519670_4305116443496226214_o

18671700_1176059809186322_1571021696951174719_o

18673152_1176059949186308_8941453056427204859_o

18623264_1176060115852958_3218428907030070636_o

18623383_1176060332519603_6623022303431411192_o

18738559_1176060855852884_3292583935249894748_o

18700829_1176061032519533_8473101324950170245_o

18738328_1176061192519517_1561756564213224422_o

18699296_1176061525852817_1229175026174713823_o

18700696_1176061705852799_8904399704272511242_o

18699436_1176064512519185_8724067029455072156_o

18623414_1176064745852495_1535498722667421486_o

18673221_1176064992519137_7997009156789329085_o

18623451_1176065189185784_306369361957928401_o

18673173_1176065379185765_1986162845692889409_o

18671672_1176065949185708_1836298676112709823_o

18699284_1176066092519027_6653681541001220401_o

18738359_1176066385852331_6403168324575818727_o

18673255_1176066445852325_788090695915946428_o

18699306_1176066615852308_4626171057113885632_o

18739257_1176067092518927_9201388646708446125_o

18671811_1176067139185589_5686396360641037542_o

18672934_1176067392518897_2778287139934581007_o

18671794_1176067565852213_4699078185292157818_o

18623363_1176067765852193_2833721110399597167_o

18699367_1176068372518799_2551543005041719240_o

18623259_1176068465852123_2807070575173254084_o

18671590_1176068882518748_70809826027010668_o

18623391_1176070582518578_5650741942422410881_o

18671441_1176070625851907_4747661288898694501_o

 

Bənzər mövzular

Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Əngəxaran kəndində iftar süfrəsi açılıb
Şamaxının millət vəkili müharibə veteranlarını təbrik etdi
Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verdi