ABŞ Araşdırma Mərkəzi 2016-cı ilin Azərbaycan üçün uğurlu il olduğunu bildirir

azerbaijanf

ABŞ-ın “Keçmiş Sovet Sosialist Respublikalarını Araşdırma Mərkəzi”nin internet resursunda “2016-cı ilə baxış” adlı məqalə dərc edilmişdir. Məqalədə ötən il dünyanın bir çox ölkələrində, xüsusən post sovet məkanında baş verən mühüm hadisələr şərh edilir.

Məqalədə başı miqrant böhranına qarışmış Avropanın daha mühüm məsələlərlə məşğul ola bilmədiyi, Baltik ölkələrinin öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının yarandığı, Ukraynada davam edən müharibənin real həll yolunun tapılmadığı kimi məqamların yer aldığını nəzərə alaraq, müəllifin ümumilikdə ötən il dünyada baş verən proseslərlə bağlı pessimist yanaşma sərgilədiyini demək olar.

Amma təhlildə yeganə müsbət fikirlər var ki, bu da Azərbaycanla bağlıdır. 2016-cı ildə Azərbaycanda keçirilmiş referendum müsbət dəyişiklik kimi qiymətləndirilir. Bildirilir ki, Azərbaycan ölkəni iyirmi birinci əsr idarəçiliyinə uyğunlaşdırmaq məqsədilə növbəti dəfə konstitusiya və hüquqi islahatlar keçirdi. Təhsil islahatı, gənc vətəndaşlara siyasi vəzifələr üçün zəmin yaradılması və seçki prosesinin müasirləşdirilməsi kimi mühüm məsələlər xalqın böyük dəstəyini qazandı.

“Keçmiş Sovet Sosialist Respublikalarını Araşdırma Mərkəzi” 2016-cı ildə Azərbaycanın digər iki uğuru olaraq, AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnaməni və qətnamənin dəstəklənməsi ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən Ağ Ev Administrasiyasına ünvanlanmış “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyanın həmin platforma tarixində ikinci ən məşhur petisiya kimi seçilməsini qeyd edir: “Şübhəsiz, ölkə üçün ən böyük xəbər Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə oldu. Qətnamə Azərbaycan ərazisinin beşdə-birinin Ermənistan tərəfindən işğalını birmənalı surətdə sülhə təhdid elan edərək, buna son qoymağı tələb etdi. Bunun ardınca birbaşa sevincli hadisə baş verdi: Qətnaməyə dəstək naminə Ağ Evə ünvanlanmış petisiya bütün dünya üzrə yüz minlərlə imza toplayaraq, 2016-cı ildə ikinci ən məşhur petisiya oldu”.

http://cxssr.org/2017/01/year-in-review-2016-the-year-of-unmarked-change/

Elxan Süleymanov, millət vəkili, AVCİYA-nın prezidenti

10.01.2017

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib