“2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

logo

Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə  “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

Konfransda açılış nitqi ilə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov “SOS Sərsəng” layihəsindən AŞPA qətnaməsinə” mövzusunda çıxış edəcək. Hüquq elmləri doktorları Əmir Əliyev, Rüstəm Məmmədov, Fazil Zeynalov, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüquq üzrə fəlsəfə doktorları Əlövsət Allahverdiyev, Samirə Eyvazova, Turqay Hüseynov, Azər Səfərov, eləcə də Şahin Məmmədrzalının da konfransda çıxışları nəzərdə tutulub.

Elmi-nəzəri konfransda Ermənistanın Azərbaycana təcavüzü və insan hüquqlarının müdafiəsi, Sərsəng su anbarının işğalı və beynəlxalq hüquq, Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq təşkilatlarda,  AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin siyasi və beynəlxalq hüquqi əhəmiyyəti, beynəlxalq ekoloji təhlükəsizlik, silahlı münaqişələr və sağlam ətraf mühitdə yaşamaq hüququ, hərbi münaqişələr zamanı hidrotexniki qurğuların mühafizəsi,       2085 (2016) saylı AŞPA Qətnaməsi informasiya hüquqları və Azərbaycanın milli media hüququ kontekstində və s. mövzular müzakirə olunacaq.

Bütün media nümayəndələri konfransa dəvətlidir.

 

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb