AVCİYA-nın təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi

multikultiralizm-web-01

Dekabrın 19-da Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfransı giriş sözü ilə pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. Şamaxı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov konfrans iştirakçılarını salamladı. AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm  Zülfüqarlı “Tolerantlığın Şamaxı nümunəsi – tarix və müasirlik”, -“Miras” Mədəni İrsin Öyrənilməsi İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Şamaxıda yaşayan milli azlıqların adət və ənənələri”, Qızmeydan kənd icra nümayəndəsi Yekaterina Ukleina “Şamaxıda yaşayan milli azlıqların nümayəndələrinə dövlət qayğısı”, Nina Sivekşina “Şamaxıda yaşayan rusların rayonun  inkişafında rolu” mövzularında çıxışlar etdilər.
Konfransda Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini Denis Uklein Azərbaycan dilində, M.Ə.Sabirin şeirini isə Nəzrin Əfəndiyeva rus dilində səsləndirdilər. AVCİYA-nın Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov konfransda yekun sözü söylədi. Millət vəkili qeyd etdi ki, konfransın keçirilmə məkanı kimi Şamaxı təsadüfən seçilməyib. Bu qədim Azərbaycan torpağı həqiqətən də multikulturalizm nümunəsidir. Şamaxıda müxtəlif mədəniyyətlər bir-biri ilə birləşib, vəhdət halına gəlib. Elxan Süleymanov iki şamaxılı qəhrəmanın – bu ilin aprel ayında qəhrəmanlıqla şəhid olmuş, mənşəcə ləzgi Samir Kaçayevin və İkinci Dünya müharibəsində faşistlərə qan uddurmuş Sovet İttifaqı Qəhrəmanı Nikolay Şeverdyayevin adlarını qürurla vurğuladı.

multikultiralizm-web-03

 

multikultiralizm-web-02

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib