Millət vəkili Elxan Süleymanov 14 tələbəni təbrik etdi

dsc_0103f

Şamaxının millət vəkili Elxan Süleymanov sentyabrın 10-da rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüşüb.Görüşü giriş sözü ilə millət vəkilinin rayondakı səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açaraq, görüş iştirakçılarını salamlayıb. Millət vəkili Elxan Süleymanov Şamaxı məzunlarının bu ilki uğurunu yüksək qiymətləndirib və tələbə adı qazanmış gəncləri təbrik edib, onlara öz tövsiyələrini çatdırıb. Qeyd edək ki, bu il Şamaxı tam orta məktəblərinin 14 məzunu 600-dən çox bal toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə daxil olub. Bu məzunların ikisi THT liseyinin, ikisi Avropa liseyinin, ikisi şəhər 2 saylı, ikisi Əngəxaran kənd tam orta məktəbinin, digərləri isə Göylər kənd 2 saylı, şəhər 1 saylı, şəhər 3 saylı, Sabir qəsəbə, Mədrəsə qəsəbə, Məlhəm kənd tam orta məktəbinin məzunlarıdır.  Ləman Bayramlı Azərbaycan Respubilkası Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasına, Fatimə Mahmudova və Pərviz Xəlilov Azərbaycan  Dövlət Tibb Univeritetinə, Çimnaz Abdullayeva, Teyyub Rəfiyev və Natiq Aşurov Bakı Dövlət Universitetinə, Əhməd Nurməmmədov və Niyaz Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinə, Fatimə Qədimova Azərbaycan Dövlət Dillər Universitetinə, Əfsanə Qədirova, Aynurə Qədirova, Esmira Məmmədova və Gülşən Mürsəliyeva SOCAR Universitetinə, Kamran Rüstəmli isə ADA Universitetinə daxil olublar.

Tədbirin sonunda millət vəkili Elxan Süleymanov adı çəkilən məzunlara pul mükafatları və hədiyyələr təqdim edib. Millət vəkili görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

dsc_0084

dsc_0074

dsc_0071

dsc_0061

dsc_0041

dsc_0034

dsc_0107

Bənzər mövzular

Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Əngəxaran kəndində iftar süfrəsi açılıb
Şamaxıda VII M.Ə.Sabir Bədii qiraət müsabiqəsi oldu (Fotolar)
Şamaxının millət vəkili müharibə veteranlarını təbrik etdi
Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti