Dağlıq Qarabağa dair petisiyanıza cavab:

petision-post-full

Dağlıq Qarabağa dair bu petisiyanı imzaladığınız üçün minnətdarıq.
ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc və uzunmüddətli həllinə çox sadiqdir. Sizdən bu məsələ barədə eşitməyi yüksək qiymətləndiririk və Dağlıq Qarabağ münaqişəsinin və humanitar məsələlərin həllinə dair gördüyümüz işlər barədə sizinlə birbaşa danışmaq imkanı əldə etdiyimizə görə şadıq.


Biz Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsini oxumuşuq və ABŞ AŞPA üzvü olmasa da, istənilən maraqlı müsahiblə Dağlıq Qarabağın sülh prosesinə dair fikir mübadiləsi aparmaq imkanlarını təqdir edirik.
Hal-hazırda vəziyyət belədir:
Dövlət Katibi Con Kerri 16 may 2016-cı ildə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Fransanın Avropa Məsələləri üzrə Dövlət Katibi Harlem Dezir ilə birlikdə Ermənistan Prezidenti Serj Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirlərdə iştirak etdi. Prezidentlər Sarkisyan və Əliyev atəşkəsə sadiq olduqlarını bir daha təsdiqlədilər, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq riskini azaltmaq üçün etibar yaradan tədbirlər qəbul etdilər və hərtərəfli həll yoluna dair danışıqların bərpası məqsədilə iyun ayında yeni danışıqlar raundunun keçirilməsi barədə razılığa gəldilər.
Biz bir daha tərəfləri təmkin nümayiş etdirməyə və Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşməsini özündə ehtiva edən hərtərəfli həll yoluna dair dərhal danışıqlara başlamağa çağırırıq.
Tərəflərlə davam edən dialoqumuzun bir hissəsi kimi, humanitar məsələlərə dair müzakirələr aparırıq və belə müzakirələrin təşviqini davam etdirəcəyik. Sərsəng su anbarının idarə edilməsi və təmiri belə məsələlərdən biridir. Sudan istifadə və bəndin yoxlamalarının müzakirəsi məqsədilə tərəflərin texniki ekspertləri arasında görüşü təqdir edirik. Həmsədrlər belə bir görüşü önə çəkməyə hazırdır.
Son olaraq, bu uzunmüddətli münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin iradəsindən asılıdır. Biz, Minsk Qrupuna həmsədr ölkə kimi, bölgədə sülh və çiçəklənməni təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.
Bu platformada öz məsələnizi böşüldüyünüzə görə bir daha təşəkkür edirik.
– Biz Xalqıq komandası

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib