Elxan Süleymanov: “Avropa və beynəlxalq təşkilatlar Qarabağ problemini həll edən deyil”

Elxan Süleymanov: “Avropa və beynəlxalq təşkilatlar Qarabağ problemini həll edən deyil”Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
Komitənin iclasında çıxış etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya keçirilən müzakirələr barədə məlumat verib.

Elxan Süleymanov: “Avropa və beynəlxalq təşkilatlar Qarabağ problemini həll edən deyil”Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
Komitənin iclasında çıxış etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya keçirilən müzakirələr barədə məlumat verib.

O bildirib ki, iclasda Azərbaycan üzrə ikinci həmməruzəçi Monitorinq Komitəsinin sədri, rumıniyalı deputat Sezar Florin Preda seçilib. Onun sözlərinə görə, həmçinin iclasda Azərbaycan üzrə həmməruzəçi Stefan Şennax bu ayın əvvəlində Bakıya etdiyi səfərin nəticələrinə dair məruzə ilə çıxış edib və Azərbaycanda insan haqları, demokratiya və söz azadlığı ilə bağlı irəliləyişləri xüsusi qeyd edib. “O, ölkə prezidentinin əfv sərəncamı və məhkəmə qərarları ilə hüquq müdafiəçiləri, fəallar və siyasi məhbus adlandırılan şəxslərin azad olunmasını Azərbaycanın demokratikləşməsi yolunda irəli atdığı addım kimi dəyərləndirib və bütün üzvlərin bu addımları alqışladıqlarını bildirib. Eyni zamanda 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsinə dair verilən qərarı təqdirəlayiq hesab edib. Bir sözlə, məruzəçi ölkəyə etdiyi fakt-araşdırıcı səfəri ərzində uğur və nailiyyətləri sadalayıb”.

E. Süleymanov bildirib ki, sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxış ediblər. O qeyd edib ki, onlar 1-5 aprel tarixlərində cəbhədə baş vermiş döyüşlər barədə böhtan xarakterli məqamlara toxunublar. Konkret olaraq ermənilər müharibəni Azərbaycanın başladığını iddia edərək Azərbaycanın üzərinə götürmüş öhdəlikləri pozduğunu və bu üzdən cəzalandırılmalı olduğunu bildiriblər. Onlar deputatlara çoxlu sayda broşürlar, zorakılıq əlamətlərini əks etdirən müxtəlif şəkillər paylayıblar. “Aydın məsələdir ki, belə təxribatlar ermənilərin xislətindən irəli gəlir. Çox maraqlıdır ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri özündən asılı olmayaraq erməni xalqının iradəsini ifadə edən cümlə işlədib və deyib ki, onlar 20 ildən çoxdur Dağlıq Qarabağda və digər işğal etdikləri ərazilərimizdə çox rahat və xoşbəxt yaşayırlar. O, Azərbaycan tərəfinin aprelin 1-5-də döyüşlərə başlamaqla, onların rahatlıqlarını pozduğunu söylədi. Həyasızcasına bu kimi fikirlərin səslənməsi məndə belə bir fikir yaratdı ki, Avropa və beynəlxalq təşkilatlar Azərbaycanın bu ağrılı problemini həll edən deyil. Çünki ermənilərin dediyi belə bir ifadəyə heç bir reaksiya vermədilər. O etiraf etdi ki, işğal etdikləri ərazilərdə dinc və xoşbəxt yaşayıblar. Hesab edirəm ki, ayın əvvəlindəki döyüşlər istər Ermənistana, istər onların tərəfdarlarına və bütün dünyaya bir mesaj idi. Çünki, bütün Avropa artıq narahatdır ki, Azərbaycan öz torpaqlarından imtina edən deyil”.

E. Süleymanov bildirib ki, məsələ aprelin 21-də Monitorinq Komitəsi çərçivəsindəki xüsusi Alt komitədə müzakirə ediləcək və Azərbaycan tərəfi yenidən öz mövqeyini ifadə edəcək. “Amma ermənilər belə deməklə, onu bildirmək istəyirlər ki, bu torpaqları alıblar və problemin sülh yolu ilə, Minsk qrupunun vasitəçiliyi ilə həll edilməsi onlara rahatlıq verir. Yəni torpaqları alıblar, onların heç bir problemi yoxdur və Azərbaycan öz torpaqlarını istəyən deyil. Onların bu dincliyinə son qoyulması isə ən güclü məqamlardan biridir. Hesab edirəm ki, AŞPA-nın 2085 saylı qətnaməsi (Sərsəng su anbarı) və son dövrlərdə burada və ümumiyyətlə beynəlxalq aləmdə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı aparılan işlər, müzakirələr Azərbaycana çox böyük uğur qazandırıb. Bu, məhz o uğurdur ki, erməni deputatının dediyi kimi, onlarda böyük narahatlıq və təlaş hissi yaradıb. Avropa isə bundan çox narahatdır”.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib