Şamaxının millət vəkili Elxan Süleymanov 136 nəfər Qəhrəman ananı təbrik edib


Şamaxının millət vəkili Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahından verilən məlumata görə, martın 7-də millət vəkilinin adından rayon ərazisində yaşayan 136 nəfər Qəhrəman anaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram hədiyyələri və açıqcalar təqdim olunub. Qeyd edək ki, millət vəkili Elxan Süleymanov tərəfindən Qadınlar Günü ərəfəsində Qəhrəman anaların təbrik edilməsi xoş ənənəyə çevrilib. Bu ilki tədbir sayca 6-cıdır.

Bənzər mövzular

AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir
Böyük şair haqqında kiçik yazı