Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir

Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir

Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir Strasburq,
30 yanvar 2016-cı il: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən
işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış
sessiyasında müzakirə edilərək, səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş
Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq
gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan
Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.

 

 

Birinci
məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində
zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su
anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum
edilməsinə diqqəti yönəltmişdi.

 

Cəbhə
xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi
ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil,
onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk
Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman
görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, “onların
işləri”nə müdaxilə etməmək barədə “xəbərdarlıq” edirdilər.

 

Nəticədə,
bir çox deputatlar Vaşinqton, Paris və Moskva rəsmi administrasiyalarının belə
böyük təzyiqinin təəssüratı ilə heç bir mövqe tutmadılar. Nəticədə, 45 deputat
səsvermədə bitərəf qaldı, bu isə AŞPA tarixində bitərəf səslərin sayında nadir
rəqəm idi. Şübhəsiz, AŞPA-nın cəbhədə təmas xəttində zorakılığın artmasına göz
yumması hər iki tərəf – Azərbaycan və
Ermənistan üçün təəssüfləndirici haldır, çünki demək olar ki, hər gün hər iki tərəfdə
hərbi və mülki itkilər qeydə alınır.

 

ATƏT-in
Minsk Qrupu administrasiyaları ermənilərin AŞPA-dakı müzakirəni susdurmaq cəhdlərini
açıq-aydın dəstəkləyirdi və ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq
üçün məsuliyyət hiss etməyə çağıran və təmas xəttində zorakılığın artmasından bəhs
edən birinci məruzəyə diqqəti yönəltmişdilər, bu səbəbdən onların hamısı ikinci
məruzəyə daha az diqqət göstərmişdi. Lakin ermənilər sonradan bu səhvə görə çox
təəssüflənəcəkdilər.

 

Elxan
Süleymanovun təşəbbüsü olan ikinci məruzə həqiqətən də fərqli xarakter
daşıyırdı. Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi, açıq-aydın
Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan vətəndaşlarını Ermənistan
təcavüzünün qurbanları kimi təqdim edir.

 

Qətnamədə
bildirilir ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin suyundan və bəndin və
irriqasiya kanallarının bərbad vəziyyətindən ekoloji təcavüz kimi sui-istifadə
edir və bu, Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün
ekoloji fəlakət yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir:

 

“7.2. Ermənistan hakimiyyətinin su
ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud
təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir.”

Bütün əvvəlki qətnamələrdən fərqli olaraq,
bu qətnamədə bu təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə
görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və
Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir.

 

Eyni zamanda, şübhəsiz, qəbul edilmiş 2085 (2016) saylı bu qətnamənin ən
mühüm hissəsi odur ki, AŞPA “Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ
və digər qonşu ərazilərinin işğalçısı” kimi təqdim edir və AŞPA “Ermənistan
silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb” qəbul
etdi.

 

Bundan əlavə, Ermənistanın irəli
sürdüyü 21 düzəlişin hamısı böyük əksəriyyətlə məğlubiyyətə uğradığından və ya
nəticədə geri götürüldüyündən, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir
hissə daxil etməmişdir. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən,
o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə
artıq “nəzarətdə saxlayan separatçı qüvvələr” sözləri yoxdur.

 

2016-cı ildə bu
qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞPA həqiqətən də birmənalı şəkildə
bəyan edir ki, “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu
ərazilərini işğal altında saxlayır.”

 

Qətnamə layihəsinin
4-cü paraqrafında öz əksini tapan bu mövqe müzakirədə erməniləri
hiddətləndirdi, çünki onlar bu paraqrafın dəhşətli miqyasını və gələcək
mövqeləri üçün siyasi nəticəsini çox yaxşı anladılar, lakin Assambleya
ermənilərin həmin paraqrafı çıxarmaq barədə düzəlişini 109 səs əleyhinə, 37 səs
lehinə və 36 səs bitərəf olmaqla, rədd etdi.

 

Nəticə etibarilə, bu
qətnamənin mətni bütövlükdə plenar iclasda 98 səs lehinə, 71 səs əleyhinə və 40
səs bitərəf olmaqla, qəbul edildi. Bu qətnamə 26 yanvar 2016-cı ildən etibarən
rəsmi 2085 (2016) nömrəsini daşıyır
və AŞPA-nın əsas səhifəsində “qəbul edilmiş mətnlər” kateqoriyasında
yerləşdirilmişdir. Yeni qətnamə bu gündən etibarən Parlament Assambleyasının
yekun, dəyişməz və rəsmi sənədidir və əvvəlki 1416 (2005) saylı qətnamə ilə birlikdə nəzərdən keçirilə bilər və
biləcək. Bu yeni 2016-cı il qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər,
istənilən müzakirədə, istənilən
formatda yeni hüquqi istinad kimi, Azərbaycanın istənilən rəsmisi və ya
Azərbaycanın dostları üçün hüquqi dəstəkdir.

 

AŞPA, BMT TŞ, AP
yaxud ATƏT tərəfindən Dağlıq Qarabağ məsələsinə dair indiyə qədər qəbul edilmiş
bütün qətnamələrlə müqayisədə, tamamilə aydındır ki, Elxan Süleymanovun bu
təşəbbüsü, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
Ermənistan tərəfindən işğalı tarixində ən güclü və ədalətli, rəsmi beynəlxalq
mövqe ilə nəticələndi.

 

Eyni zamanda 2005-ci
il qətnaməsindən fərqli olaraq, 2016-cı il qətnaməsində AŞPA artıq rəsmi
surətdə Azərbaycanı separatçıların “siyasi nümayəndələri” ilə
əlaqələr qurmağa, “bölgənin gələcək statusunu” onlarla müzakirə
etməyə və xüsusilə bunu “qeyd-şərtsiz” etməyə çağırmır. Yeni qətnamə
bunu qəti qeyd etmir və təcavüzə görə tam və yeganə məsuliyyəti birmənalı
şəkildə Ermənistan hakimiyyətinin üzərinə qoyur.

 

Qısası,
bu gündən etibarən yeni beynəlxalq vəziyyət belədir ki, əvvəlcədən mövcud olan
1416 (2005) saylı qətnamə ilə bərabər, indi Azərbaycan təşəbbüskarı Elxan
SÜLEYMANOV olan, 2085 (2016) saylı rəsmi
AŞPA nömrəsi ilə arxivləşdirilmiş və Avropa Şurası Parlament Assambleyasının ədalətli,
yeni, əlavə və izahedici rəsmi mövqeyini əks etdirən yeni, çox güclü və aydın qətnaməyə
güvənə bilər.

 

Beləliklə
26 yanvar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul
edilmiş qətnamə ilə, xüsusilə 4-cü paraqrafda rəsmi olaraq təsdiqləndi ki, Ermənistan
Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır
və Assambleya Ermənistandan dərhal öz qoşunlarını bölgədən geri çəkməsi ilə
bağlı
aydın tələb ifadə edir.

 

Keçən
ay ərzində bütün Ermənistan cəmiyyəti və diasporları, eləcə də siyasi və dini
liderlər, media nümayəndələri, beynəlxalq vətəndaş cəmiyyəti, müxalifət
partiyaları, bütöv Avropa və ABŞ-dakı bütün diplomatları çox kiçik, lakin çox cəsarətli
ölkə olan Azərbaycan xalqının nümayəndəsi Elxan SÜLEYMANOV tərəfindən təşəbbüsü
irəli sürülmüş bu məruzələrə qarşı səfərbər oldu.

 

Birdən,
lakin gözlənilən şəkildə Elxan SÜLEYMANOV başa düşdü ki, ədalətə çağırış etməklə,
o, demək olar ki, bütün dünyaya meydan oxumuşdur və Azərbaycan üçün qələbə heç
vaxt bu qədər qeyri-müəyyən olmamışdır. Bundan əlavə, rəsmi Azərbaycan tərəfinin,
hətta bu vətənpərvərlik döyüşünə az diqqət göstərmiş peşəkar azərbaycanlı diplomatların
dəstəyi olduqca əbəs və faydasız idi.

 

Bununla
belə, 26 yanvar 2016-cı ildə, günorta radələrində yekun səsvermənin nəticəsi
200-dən çox deputatın həmin səsvermədə iştirak etdiyi Plenar İclasda böyük
ekranlarda işıqlandırıldı. Qətnamə böyük əksəriyyətlə qəbul edildi və qələbə, nəhayət,
qəti surətdə təsdiqləndi. Onun ürəyi sevincdən uçurdu. Elxan SÜLEYMANOV dərhal
ölkəsini təbrik etdi və Parlament Assambleyasının üzvlərinə verdikləri dəstəyə
görə təşəkkürünü bidirdi. 11 illik tam sükutdan sonra Azərbaycan üçün 2005-cil qətnaməsinə
əlavə və tamamlayıcı olaraq, yenicə qəbul edilmiş 2085 (2016) saylı bu qətnamə olduqca təqdirəlayiqdir!

Eyni
zamanda, bu yeni qətnamə artıq Avropanın müxtəlif tərəflərindən çoxsaylı
reaksiyalara məruz qalır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının
son iki ildə yenidən beynəlxalq ictimaiyyətin tam diqqətinə çatdırılması və
xüsusilə ATƏT Minsk Qrupunun həmsədrlərinin 21 ildən bəri heç bir irəliləyiş əldə
etməməsini nəzərə alaraq, bu, açıq-aşkar Azərbaycanın xeyrinə xidmət edirdi.

 

Əslində,
Elxan SÜLEYMANOVUN bu təşəbbüsü davam edən ədalətsizlik barəsində beynəlxalq məlumatlılığı
artırdı və sonda çox illərdən sonra bütün bunların “dondurulmuş müharibə” barəsində
olmamasına aydınlıq gətirdi. Onun təşəbbüsü qətnamə ilə nəticələndi və rəsmi
olaraq təsdiqləndi ki, bütün bu illərdən bəri bu, bir qonşu dövlət olan Ermənistanın
bütün beynəlxalq prinsiplərin əleyhinə gedərək, silahlı təcavüz vasitəsilə digər
bir qonşu dövlət olan Azərbaycan ərazilərini işğal etməsi barəsindədir.

 

Bundan
əlavə, 2085 (2016) saylı bu yeni qətnamə
sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti başa düşür ki,
təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın digər yeddi rayonu Ermənistanın
əsassız və qeyri-qanuni silahlı işğalından əziyyət çəkir.

 

Elxan
SÜLEYMANOV bir daha Azərbaycan xalqına çoxsaylı əks, korporativ və qlobal qüvvələri
məğlubiyyətə uğratmış bu mötəbər qələbə münasibətilə təbriklərini çatdırır və
bu qələbəni keçmişdə bu ədalətli iş uğrunda canından keçmiş Azərbaycanın bütün
qəhrəman və vətənpərvərlərinə həsr edir. O ümidvardır ki, bu qələbə Azərbaycan
üçün yeni ümid olacaq və Azərbaycanın işğal altında olan bütün ərazilərinin
azad edilməsinə öz töhfəsini verəcəkdir!

 

 

http://cxssr.org/2016/01/elkhan-suleymanov-pace-officially-identifies-armenia-as-occupying-power-of-nagorno-karabakh-and-adjacent-areas-of-azerbaijan-requests-immediate-withdrawal-of-armenian-forces-from-the-region/

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib