Elxan Süleymanov: “Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb”

Bu gün, saat 13.00-da AŞPA plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. 

Elxan
Süleymanov

Millət Vəkili, Azərbaycanın AŞPA-da
nümayəndə heyətinin üzvü

Bu
gün, saat 13.00-da AŞPA plenar iclasında
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın
artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan
məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Bu məruzələrin hər ikisi
ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib.
AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar
iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya
ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri
aparıldığı geniş şərh olunurdu.

Dünən, sessiyanın ilk günündə isə biz bunun canlı
şahidi olduq. Ermənistan bu sessiyaya güclü silahlanaraq, ağır döyüş maşınları ilə
gəlmişdir. Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş
nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək
din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı
Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən
hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanmışdır.

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin
qəsdən sudan məhrum edilməsi” məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş
verilmişdir. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən
kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam
əhəmiyyətsiz vəziyyətə gətirilərək qəbul edilməsinə nail olmaq istəyirlər.

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş
ərazilərində zorakılığın artması” məruzəsinin əleyhinə hazırlanmış strategiya
isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməmiş və
qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoymuşlar. Bunun üçün onlar 3 pilləli ssenari ilə
işləyirlər
:

1.Bu məruzəni müxtəlif bəhanələrlə, yenidən baxılması
üçün Siyasi Komitəyə qaytarmaq;

2.Əgər Komitəyə qaytarmaq mümkün olmazsa, məruzəni
plenar iclasda bütövlükdə rədd etdirmək;

3.Əgər rədd olunmasına da nail olunmazsa, məruzənin
əleyhinə səs verməklə təsdiq olunmasını əngəlləmək.

Onlar birinci istiqamət üzrə artıq sessiyanın ilk
günü, 25.01.2016-cı il tarixində işə başlamışlar. AŞPA prosedur qaydalarına
zidd olaraq, Azərbaycanın qatı düşməni AŞPA Baş Katibi Voytsex Savitski Büroya
təzyiqlər edərək məruzənin Komitəyə qaytarılmasını təklif edib. Lakin bu təklif
Büronun dünənki iclasında rədd edilib. Düşmənlərimiz daha sonra siyasi fraksiyalarda
hücuma keçdilər. AŞPA-nın 5 siyasi fraksiyasının ikisində – Sosialislət və
Solçular qruplarında məruzələrin Komitəyə qaytarılması qərara alınıb, digər fraksiyalarda
isə Ermənistanın müdafiəsi üçün çoxsaylı cəhdlər olub.

Qeyd edim ki, işğal məruzəsinin müəllifi Robert
Volter artıq parlamentari kimi AŞPA-da təmsil olunmur. Bu səbəbdən Ermənistan
ilk növbədə məruzənin Siyasi Komitəyə qaytarılması üçün çalışır. Bu halda ermənilər
Komitədə ermənipərəst bir deputatı məruzəçi seçdirmək istəyirlər ki, bununla da
onlar bu məruzənin tamamilə aradan çıxarılmasına, öz işğalçı siyasətlərini
ört-basdır etməyə nail olmaq niyyətindədirlər.

Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən
AŞPA-ya verilmiş xəbərdarlıq bəyanatı da
birbaşa işğalçının maraqlarına xidmət edir. Bununla Minsk Qrupuna həmsədr
ölkələrin siyasi hakimiyyətinin Ermənistanın müdafiəsində durduğu açıq-aydın
görünür.

Bu gün Avropa işğalçı Ermənistanın müdafiəsinə
qalxıb, işğala məruz qalmış Azərbaycana qarşı isə aqresiya və qəzəb hökm sürür.

 

26.01.2016

Strasburq, Fransa

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib