Elxan Süleymanov: Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib

Elxan Süleymanov: Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Ermənistan nümayəndə heyəti
bayram günlərində də ciddi iş aparmış, yanvarın 8-dən 25-nə qədər isə Avropa
Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da
təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar.
Bizim hər
birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu,
təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər
kəsə aiddir”
– Bu fikir
bu günlərdə Ermənistan mətbuatında geniş şərh edilmişdir. Onlar bu sözləri
AŞPA-nın Siyasi Məsələlər və
Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı
bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”adlı qətnamələrinqurumun qış sessiyasında müzakirəsinə
münasibət bildirərkən demişlər. Bununla Ermənistanın AŞPA-nın plenar
iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq
edilməsinin qarşısını almaq üçün hamılıqla Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir.

Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri
və ermənipərəst qüvvələri hərəkətə gətirib. Çünki Ermənistan və onun
havadarları bütün resursları ilə AŞPA üzvlərinə yenə də, amma heç vaxt olmadığı
qədər güclü təzyiqlər edəcəklər. Mən bu qətnamələr üçün mübarizə apardığım 2 il
ərzində bu təzyiqlərin canlı şahidi olmuşam. Onlar bu qətnamə layihələrini AŞPA
katibliyinə təqdim etdiyim andan, komitələrdə qəbul olunana qədər bütün mərhələlərdə
hər cür təxribatlara əl atırdılar. Qətnamələrin lehinə, Azərbaycanın haqq səsinə
səs verən Avropalı parlamentarilər Ermənistanın təkidi ilə dünyanın güc dövlətləri,
siyasi liderlər, AŞPA rəhbərliyi tərəfindən güclü təzyiqlərə məruz qaldılar.

AŞPA-nın qış
sessiyasında hər iki qətnamənin müzakirəsi “olum ya ölüm” mübarizəsidir. Bu, sözün əsl mənasında belədir. Çünki
AŞPA-nın prosedur qaydalarına görə, 2016-cı ilin qış sessiyası bu qətnamələr
üçün son instansiyadır. Əgər bu qətnamələr plenar iclasda təsdiq edilərsə, nə Ermənistan,
nə də heç bir erməni heç bir yolla işğalçı damğasını Ermənistan dövlətinin üzərindən
götürə bilməyəcək, bu fakt heç bir zaman
tarixin səhifələrindən silinməyəcək. Bu qətnamələr təsdiq olunarsa, Ermənistan
dövlətinin işğalçı və təcavüzkar olmasını təsdiqləyən ilk tarixi sənəd
olacaqdır. Buna görə də onların təşvişi təbiidir.

Biz isə haqqın və ədalətin zəfər çalacağına ümid
edirik!

 

11.01.2016

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib