Şamaxının Ərçiman kənd məktəbi üçün tikilən əlavə tədris korpusu istifadəyə verilib

Şamaxının Ərçiman kənd məktəbi üçün tikilən əlavə tədris korpusu istifadəyə verilibSentyabr 15-də Şamaxı rayonunun Ərçiman kənd ümumi orta məktəbi üçün inşa edilən üç sinif otağından ibarət əlavə korpusun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kənd məktəbi üçün əlavə korpus Milli Məclisin deputatı Elxan Süleymanov tərəfindən inşa etdirilib.Şamaxının Ərçiman kənd məktəbi üçün tikilən əlavə tədris korpusu istifadəyə verilibSentyabr 15-də Şamaxı rayonunun Ərçiman kənd ümumi orta məktəbi üçün inşa edilən üç sinif otağından ibarət əlavə korpusun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kənd məktəbi üçün əlavə korpus Milli Məclisin deputatı Elxan Süleymanov tərəfindən inşa etdirilib.

Kənd sakinlərinin, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələrinin qatıldıqları mərasimdə çıxış edən E.Süleymanov məktəbin pedaqoji kollektivini və şagirdləri təbrik edib. O, rayonun ən ucqar yaşayış məntəqələrindən olan, Şamaxı şəhərindən 30 kilometr məsafədə yerləşən Ərçiman kənd ümumi orta məktəbindəki darısqallığı, bunun təhsil prosesində yaratdığı çətinlikləri, sakinlərin müraciətini nəzərə alaraq əlavə korpusun tikilməsinə qərar verdiyini bildirib. Bu gün artıq 45 nəfərlik üç sinif otağı məktəblilərin istifadəsinə verilir.
Şamaxının Ərçiman kənd məktəbi üçün tikilən əlavə tədris korpusu istifadəyə verilib

E.Süleymanov çıxışında kəndin dağlıq ərazidə yerləşdiyini, digər yaşayış məntəqələri ilə əlaqədəki çətinlikləri nəzərə alaraq ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi barədə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığını da diqqətə çatdırıb.
Açılış mərasimində kənd ağsaqqalları və ziyalılardan Binyət Məhərrəmov, Günay Babayeva və başqaları çıxış edərək bu xeyirxahlığa görə deputata təşəkkürlərini bildiriblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov E.Süleymanovun Şamaxı rayonunda gördüyü xeyirxah işlərdən danışıb, yeni dərs ilində müəllim və şagirdlərlə uğurlar arzulayıb.
Sonra şagird və müəllimlər hər cür avadanlıqlarla təchiz edilən sinif otaqlarına daxil olaraq ilk dərsə başlayıblar.

Məktəbin bütün şagirdlərinə deputat E.Süleymanov tərəfindən hədiyyələr verilib.
 
 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib