Millət vəkili dağ kəndində məktəb tikdirib

Millət vəkili dağ kəndində məktəb tikdiribMillət vəkili Elxan Süleymanov hər il olduğu kimi bu il də yüksək balla ali məktəblərə daxil olmuş gənc Şamaxı sakinləri, onların valideynləri, müəlllimləri ilə görüşüb. Görüş millət vəkilinin Şamaxıdakı qərargahında baş tutub.

Ölkənin aparıcı ali təhsil müəssisələrində oxuyacaq
Elimxan Cəbrayılovu, Turab Eybalıyevi, Mehriban İsgəndərovanı, Şikar Zərbalıyevi,
Nərgiz Məmmədovanı, Ağaxan Mehrəliyevi, Mətləb Qarayevi, Tural Bayramlını və
Yusif Abdullayevi təbrik edən Elxan Süleymanov gənclərin hər birinə özünün
2011-ci ildə təsis etdiyi, yüksək balla ali məktəbə daxil olan gənc şamaxılılara
verdiyi aylıq təqaüdü təqdim edib.

Tədbirdə rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev
də çıxış edib, Şamaxıda ildən-ilə yüksək balla ali məktəbə daxil olan gənclərin
sayının artmasını vurğulayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ismayil
Manafov da Şamaxı təhsilindən danışıb.

Tədbirdən dərhal sonra Elxan Süleymanov rayon mərkəzindən
30 km aralıda yerləşən ucqar Ərçiman kəndinə yola düşüb. Millət vəkili öz təşəbbüsü
və dəstəyi ilə inşa etdirdiyi yeni məktəb binasının qarşısında yerli sakinlərlə
görüşüb.

Dəniz səviyyəsindən 1500-1550 m hündürlükdə yerləşən Ərçiman kəndindəki Cavanşir İslamov adına məktəbin yeni korpusunun açılışı dərs ilinin
ilk günündə baş tutacaq.Millət vəkili dağ kəndində məktəb tikdirib

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb