“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu

“Şamaxı ensiklopediyası” saytının təqdimatı olduMayın 15-də Şamaxı şəhərindəki Uşaq
Yaradıcılıq Mərkəzində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və
dəstəyi ilə “1905.az studiya”nın yaratdığı “Şamaxı ensiklopediyası” saytının təqdimatı
olub.

Rayon rəhbərliyi, alim və ziyalıların,
ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan
Şamaxının millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev
iştirakçıları salamladı. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev
rayon haqqında ensiklopediyanın yaradılmasının mühüm əhəmiyyətə malik olduğunu
bildirdi, arzu və tövsiyələrini yaradıcı heyətə çatdırdı. Ensiklopediyanın
yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev
saytın strukturu ilə bağlı ətraflı məlumat verdi və saytın informasiya
baxımından zənginləşdirilməsi üçün şamaxılıların yaradıcı qrupa kömək edəcəyinə
ümidvar olduğunu bildirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru Nadir Abdullayev, “Şamaxı” monoqrafiyasının müəllifi, tarix üzrə fəlsəfə
doktoru Nailə Ciddi, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev,
arxeoloq, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev, rayon təhsil şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, fizika üzrə fəlsəfə doktoru Əliqulu Xəlilov
çıxış edərək “Şamaxı ensiklopediyası”nın yaradılması təşəbbüsünü alqışladılar və
saytın fəaliyyətinə uğurlar dilədilər. Tədbirdə qeyd edildi ki, Şamaxı bütün
dövrlərdə diqqət mərkəzində olub. Bu baxımdan Şamaxının 2015-ci il üçün “Azərbaycanın
ədəbiyyat paytaxtı” seçilməsi təsadüfi deyil. Şamaxı həm də bu günlərdə
Bakı-2015 Avropa Oyunlarının alovunu qarşılamağa hazırlaşır.

Şamaxının millət vəkili Elxan
Süleymanov qeyd etdi ki, ensiklopediya Şamaxı haqqında mühüm və etibarlı mənbə
olacaq. E.Süleymanov bildirdi ki, yaxın aylarda “Şamaxı ensiklopediyası”nın nəşr
variantı da işıq üzü görəcək.

Tədbirdə həmçinin, “Şamaxının millət vəkili
– dördüncü il” kitabı təqdim olundu.

“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu
“Şamaxı ensiklopediyası” saytının təqdimatı oldu

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb