Elxan Süleymanov: “AŞPA-nın yaz sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı vacib nailiyyət əldə edilib”

Elxan Süleymanov: “AŞPA-nın yaz sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı vacib nailiyyət əldə edilib”
Bakı-APA. “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası bir sıra məsələlərlə yadda qaldı”.

Bunu APA-ya AŞPA-nın üzvü Elxan Süleymanov qurumun yaz sessiyasını dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən silahlı işğalı ilə bağlı olduqca vacib nailiyyət əldə edilib: “Bu kədərli reallıq 23 ildən bəri heç vaxt beynəlxalq gündəlikdə olmamışdı, çünki erməniyönümlü qüvvələrin bütün dünyadakı səmərəli lobbiçiliyi və təzyiqi ilə bunun qarşısı alınmışdı.

Elxan Süleymanov: “AŞPA-nın yaz sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı vacib nailiyyət əldə edilib”

Bakı-APA. “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası bir sıra məsələlərlə yadda qaldı”.


Bunu APA-ya AŞPA-nın üzvü Elxan Süleymanov qurumun yaz sessiyasını dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən silahlı işğalı ilə bağlı olduqca vacib nailiyyət əldə edilib: “Bu kədərli reallıq 23 ildən bəri heç vaxt beynəlxalq gündəlikdə olmamışdı, çünki erməniyönümlü qüvvələrin bütün dünyadakı səmərəli lobbiçiliyi və təzyiqi ilə bunun qarşısı alınmışdı.

 

Lakin bu həftə Strasburqda “Avropa Şurasına üzv dövlətlər arasında münaqişələrə dair ad-hok – alt komitə təsis edildi və nəhayət, bu, bir faktdır. Davamlı səylərimiz sayəsində “dondurulmuş münaqişələr” termini geri götürüldü. Eyni zamanda erməniyönümlü qüvvələrin böyük etirazına baxmayaraq, “Dağlıq Qarabağ və digər yeddi rayon”u qeyd edən düzgün ifadə forması təsdiqləndi. Bu, ermənilərin silahlı işğal reallığını “Dağlıq Qarabağ münaqişəsi” adı ilə “sadələşdirmək” müraciətinin qarşısını aldı.

 

Monitorinq Komitəsində müzakirə AŞPA-nın bu kimi missiyaya malik belə bir alt komitəyə ehtiyacının olub-olmadığına yönəlmişdi. Rəqiblər Monitorinq Komitəsinin tam səlahiyyətə malik olduğunu və yeni alt komitənin artıq olduğunu iddia edirdi. Lakin gərgin müzakirədən sonra Komitənin üzvlərinin əksəriyyəti belə bir alt komitəyə ehtiyac olduğunu təsdiqlədilər”.

 

Elxan Süleymanov deyib ki, AŞPA Monitorinq Komitəsi üzv dövlətlərin insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsindəki öhdəlik və vəzifələrini araşdırır, bu alt komitə isə üzv dövlətlərin ərazi bütövlüyü aspektini vurğulayacaq: “Alt komitə Dnestryanı, Cənubi Osetiya, Krım, Abxaziya, o cümlədən Azərbaycan ərazilərinin işğalı reallıqları ilə məşğul olacaq. Komitənin təsis edilməsinin Azərbaycan üçün əhəmiyyəti aşkar idi: 23 illik silahlı işğaldan bəri ilk dəfə beynəlxalq təşkilatın rəsmi orqanı bu məsələni araşdıracaq və məruzə hazırlayacaq, halbuki indiyə qədər heç bir təşkilat bunun öhdəsindən gələ bilməmişdi.

 

Erməniyönümlü qüvvələr bir neçə ay ərzində AŞPA-da bu alt komitənin təsisatının qarşısını almaq və ifadə formalarını sadələşdirərək, beynəlxalq ictimaiyyəti yenidən işğal həqiqətləri barədə çaşdırmaq üzərində fəal şəkildə işləyirdi. Onlar indi anlayırlar ki, artıq heç nəyi gizlədə bilməzlər və tezliklə qonşu ölkənin ərazilərinin qəddar silahlı işğalçısı kimi rəsmi olaraq ifşa ediləcəklər.

 

AŞPA bir çox illər ərzində sussa da, bu gün işğal edilmiş ərazilərə dair iki məruzənin eyni vaxtda hazırlanacağına ümid bəsləyirik. Yeni yaradılmış komitə işğalla bağlı məruzə hazırlayacaq və gələn ilin aprel ayınadək assambleyaya təqdim edəcək. Cənab Volter isə Siyasi Məsələlər Komitəsi adından Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərə dair məruzəsini hazırlayır.

 

Aydındır ki, düzgün və ədalətli məruzə istiqamətindəki bu iri addımlar erməniyönümlü qüvvələr arasında böyük hiddət yaradır. Gözlənildiyi kimi, bu həftə Azərbaycanın müsbət imicinə qəsdən hücumlar üçün bəzi yeni cəhdlərin şahidi olduq.

 

Sosialist qrupu çərçivəsində xaricdə yaşayan və sığınacaq almış bəzi azərbaycanlı fəallar, bazar ertəsi təhqiredici bəyanatlar vermək və Azərbaycanı etibardan salmaq üçün dəvət edilmişdi. Çərşənbə axşamı Norveç Helsinki Komitəsi, Avropa Sabitlik Təşəbbüsü, Beynəlxalq İnsan Hüquqları Federasiyası və Forum 18 kimi xarici QHT-nin təşkil etdiyi əlavə tədbir oradakı az sayda deputat arasında faktlara əsaslanmayan, aqressiv şayiələr yaymaq və mənfi şərhlər vermək məqsədi daşıyırdı. Bu fəalların yeganə məqsədi xarici maliyyə donorlarına Azərbaycanı necə əlverişli və effektiv gözdən saldıqlarını göstərmək idi. Həqiqətən də azərbaycanlı fəal olmaq yaxşı yaşamaq üçün mükəmməl yoldur. Buraya yaxşı maaş və daha çox pulsuz səyahətlər daxildir. Bundan əlavə, onların fikrincə, əldə olunan xarici pulun hamısı vergidən azaddır, əslində isə belə deyil. Lakin bu kimi vergi cinayətinə görə araşdırma aparıldıqda, onlar siyasi fəal statusu arxasında gizlənir və birtərəfli beynəlxalq hiddətə arxalanırlar”.

 

Elxan Süleymanovun fikrincə, təkcə QHT-lər deyil, AŞPA İnsan Haqları Komitəsinin Katibliyi də bu həftə Azərbaycana qarşı olan qərəzli mövqeyini bir daha sübut edib: “İlk dəfə deyil ki, cənab Endryu Drjemçevski və cənab Günter Şirmer açıq-aşkar Komitə üzvlərini Azərbaycana qarşı kəskin mənfi mövqe nümayiş etdirməyə məcbur etdilər. Onların bu məsələdə şəxsi marağı var, çünki cənab Ştrasserin iki il bundan əvvəl Assambleyada təqdim etdiyi qərəzli məruzə layihəsi böyük əksəriyyət tərəfindən rədd edilmişdi. Həmin vaxtdan etibarən onların hiddəti bitmir və hər ikiAŞPA nümayəndəsi heç bir qaydaya məhəl qoymadan və qaydaların şərh edilməsində monopoliyaları olduğunu iddia edərək, hər fürsətdə intiqam almağa çalışır.

 

Bir neçə gün əvvəl AŞPA prezidenti Ann Brassör, eləcə də həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski Rəsul Cəfərova dair son hökm barədə bəyanat verdi. Bəyanat AŞPA-nın internet səhifəsində dərc edildi. AŞPA İnsan Haqları Komitəsi Katibliyinin rəhbəri cənab Drjemçevski isə bu dəfə “öz” komitəsi adından prosedur qaydalarına zidd, imzasız, anonim, tələm-tələsik yenidən bəyanat hazırlayaraq,AŞPA-nın internet səhifəsində dərc etdirməyə təkid edirdi. Bununla o, öz nüfuzunu artırmaq istəyirdi. Heç bir deputat (!) tərəfindən deyil, onun təşəbbüsü ilə özü tərəfindən hazırlanmış bu bəyanat Assambleya Qaydalarına zidd olaraq, gündəlikdə yer almadı. Söhbət Azərbaycana qarşı xüsusi siyasi gündəliyin tətbiq edilməsindən getdikdə isə Katibliyin öz qaydalarına riayət etməməsi artıq adət halını alıb.

 

 Lakin bugünkü hadisələr AŞPA-nın “neytral” məmurları adlanan işçilərinin Azərbaycana qarşı gərgin şəxsi mübarizələrində necə siyasi mövqe tutduqlarını bir daha sübut edir.

 

AŞPA-nın Cəfərovun işi ilə bağlı verdiyi bəyanatların süni gedişatını nəzərdən keçirdikdə, bir məqam diqqətimizi çəkir ki, AŞPA-nın hər hansı bir orqanı tərəfindən verilən bütün bəyanatlarda heç kim hökmün və ya məhkəmənin qanuniliyini şübhə altına almır. Yalnız hökmün qeyri-proporsional kimi qəbul edilə bilməsi faktı qeyd edilir, burada da cinayət məcəlləsi və cinayət hərəkəti fakt etibarı ilə AŞPA-nın qiymətləndirməsi üçün yox, yalnız yerli strukturların səlahiyyətindədir.

 

Nəticə etibarilə, bu yaz sessiyasında böyük erməniyönümlü təzyiqə qarşı güclü mübarizə və işğal olunmuş Azərbaycan ərazilərinə dair məruzələrlə bağlı bütün problemlərin uğurlu həllindən sonra biz artıq AŞPA-nın növbəti iclaslarını səbirsizliklə gözləyirik. 2015-ci ilin növbəti iyun sessiyasında Monitorinq Komitəsinin “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzəsi komitənin və Assambleyanın gündəliyində olacaq. İnsan Hüquqları Komitəsi katibliyinin bugünkü ucuz tamaşasının əksinə olaraq, iyun ayında Assambleya bu məsələni tam müzakirəyə çıxaracaq və hərtərəfli hüquqi sənədi hazırlayaraq səsverməyə qoyacaq. Biz ədalətli və balanslı hüquqi məruzənin hazırlanmasında bütün deputatların obyektiv olacağına ümid bəsləyirik”. 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib