Elxan Süleymanov ATƏT DTİHB-nin direktoruna müraciət edib

cənab Maykl George Link

DTİHB-in direktoru

Varşava, Polşa

 

Məlumat üçün:

ATƏT-in sədri cənab İvica Dacic,

ATƏT PA-nın sədri cənab İlkka Kanerva,

Avropa Parlamentinin prezidenti cənab Martin Şults,

AŞPA-nın prezidenti xanım Ann Brassör,

Avropa Şurasının Baş Katibi cənab Torbyön Yaqland,

 

Bakı, 13 aprel 2015-ci il

Cənab direktor,

 

Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidəsinə hazırlıq məqsədilə bu həftə Bakıya etdiyiniz səfərlə bağlı sizə müraciət etmək istərdim.

Bir sıra Azərbaycan rəsmiləri ilə görüşləriniz zamanı ATƏT/DTİHB-in seçki müşahidəsi fəaliyyətinin aydın prinsiplər və standartlara əsaslandığını vurğuladınız. Siz izah etdiniz ki, ATƏT/DTİHB obyektiv qiymətləndirmə vermək məqsədilə hər zaman bütün rəyləri, eləcə də bütün faktlar və vəziyyətlərin müşahidə və təhlilini nəzərə alır və xüsusi qeyd edir.

cənab Maykl George Link

DTİHB-in direktoru

Varşava, Polşa

Məlumat üçün:

ATƏT-in sədri cənab
İvica Dacic,

ATƏT PA-nın sədri cənab İlkka Kanerva,

Avropa Parlamentinin prezidenti cənab Martin
Şults,

AŞPA-nın prezidenti xanım Ann Brassör,

Avropa Şurasının Baş Katibi cənab Torbyön
Yaqland,

Bakı, 13
aprel 2015-ci il

Cənab direktor,

 

Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidəsinə hazırlıq
məqsədilə bu həftə Bakıya etdiyiniz səfərlə bağlı sizə müraciət etmək istərdim.

Bir sıra Azərbaycan rəsmiləri ilə görüşləriniz zamanı ATƏT/DTİHB-in seçki
müşahidəsi fəaliyyətinin aydın prinsiplər və standartlara əsaslandığını vurğuladınız.
Siz izah etdiniz ki, ATƏT/DTİHB obyektiv qiymətləndirmə vermək məqsədilə hər
zaman bütün rəyləri, eləcə də bütün faktlar və vəziyyətlərin müşahidə və təhlilini
nəzərə alır və xüsusi qeyd edir.

Sizdən öyrəndik ki, bu məsələ Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) və ATƏT/DTİHB-in rəsmiləri arasındakı son görüşdə geniş müzakirə edilib
və Azərbaycanda qarşıdakı parlament seçkiləri müvafiq olaraq müşahidə ediləcəkdir.

Siz ATƏT/DTİHB-in seçkiləri “hər zaman olduğu kimi, tam obyektiv”
müşahidə edəcəyini Bakıda açıq bəyan etdiniz.

Sizin Bakı səfəri zamanı səsləndirdiyiniz bu fikirlər məni heyrətləndirdi
və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
(AVCİYA) prezidenti kimi onlara münasibət bildirmək məcburiyyətində qoydu. Belə
ki, rəhbərlik etdiyim AVCİYA son 15 il ərzində ölkədə keçirilən bütün seçkilərin
monitorinqini keçirib və beynəlxalq təşkilatlar tərəfindən seçkilərin
monitorinqi sahəsində kifayət qədər potensiala malik olan ixtisaslaşmış qurum
kimi tanınıb. AVCİYA bu sahənin peşəkarı kimi rəsmi beynəlxalq qurumlar tərəfindən
seçkilər ərəfəsində keçirilən görüş və müzakirələrə mütəmadi dəvət edilir.

Beləliklə, ATƏT/DTİHB-in seçkiləri “hər zaman olduğu kimi, tam
obyektiv” müşahidə edəcəyi barədə bəyanatınızla bağlı sizə xatırlatmaq istərdim
ki, bu “tam obyektivlik” heç də “hər zaman” ATƏT/DTİHB-in standartı olmayıb və
bu, xüsusilə Azərbaycanda keçirilmiş 2013-cü il prezident seçkilərində öz təsdiqini
tapdı. Şübhəsiz, xatırlayırsınız ki, Avropanın parlament assambleyalarından,
daha dəqiq, AŞPA, ATƏT PA və Avropa Parlamentindən olan üç rəsmi mandatlı, müstəqil,
peşəkar müşahidə missiyası DTİHB-dən tamamilə fərqli nəticəyə gəldi. Bütün
siyasi qruplar və bütün Avropa ölkələrindən olan onlarla deputatın təmsil
etdiyi bu Avropa qurumları yekdil nəticəyə gəldi ki, bəzi kiçik çatışmazlıqlar
qeydə alınsa da, prezident seçkiləri azad, ədalətli, və şəffaf keçirilmişdir.

Bununla belə, heç bir ictimai nümayəndəlik səlahiyyəti olmayan (!) DTİHB
əməkdaşları bütün bu rəsmi nümayəndə heyətlərinin aşkar etdiyi faktları tamamilə
ləğv etməyə qəti təkid etdi, hətta ölkəmin müsbət adına xələl gətirmək üçün qəsdən
və tamamilə birtərəfli cəhd göstərərək, olduqca mənfi qiymətləndirmə vermələri
üçün onları təhdid etdi.

DTİHB müşahidə missiyası, bir qayda olaraq, ATƏT üzvü olan ölkələri təmsil
edən orta və aşağı ranqlı məmurlardan təşkil edilir, onların adətən deputatlardan
fərqli olaraq seçki prosesi haqqında məlumatları çox az olur, bir sıra hallarda
isə ümumiyyətlə məlumatsız olurlar. Bir qayda olaraq, orta və aşağı ranqlı məmurlar
olan DTİHB müşahidə missiyasının üzvləri yüksək ranqlı məmurların
tapşırıqlarını müstəqil olmadıqları üçün qeyd-şərtsiz yerinə yetirməyə məcbur
olurlar. Bu səbəbdən də onlar bu və ya digər formada təsir altına düşməyə
meyilli olurlar və onlar asanlıqla bu və ya digər korporativ maraqların təmsilçilərinə
çevrilirlər.

Avropanın bir çox siyasi qərarvericiləri ilə yanaşı, mən də tam xəbərdaram
ki, nəhəng korporativ maraqlar təşkilatınız DTİHB-ə öz fikirlərini yürüdür və əməkdaşlarınıza
göstərişlər verir. Onların əsas məqsədi DTİHB-in seçki müşahidəsindən bir çox gənc
demokratiyalara, o cümlədən ölkəmə xüsusi xarici siyasi proqram təyin etmək
üçün rıçaq kimi istifadə etməkdir. Bu, sirr deyildir, çünki bir çox illərin
ümumi təcrübəsidir.

Ölkəmə qarşı kəskin qərəzli və mənfi mövqe tutarkən və açıq şəkildə
müəyyən mənada “inqilab” təklif edərkən, məlumatınız olsun ki, buna bənzər
siyasət Ukrayna, bütün Məğrib və əksər Orta Şərq ölkələrini alova bürüyüb,
onların çoxunu uğursuz dövlətlərə çevirib və dünyada sülhü həmişəkindən daha
çox təhlükəyə atıb.

Bu müstəvidə sizi Azərbaycan xalqının fikrini öyrənməyə dəvət etmək
istərdim və o zaman sizə aydın olacaq ki, olduqca həssas geosiyasi
qonşuluğumuzu da nəzərə alsaq, ölkəmdə heç kəs bu kimi iğtişaşlara can atmır.

Bütün bunları nəzərə alaraq, inanıram ki, siz bir neçə gün əvvəl
Bakıda ATƏT/DTİHB-in “hər zaman olduğu kimi, tam obyektiv” müşahidə etdiyini
bildirəndə mənim nə üçün heyrətləndiyimi anlayacaqsınız. Tam aydındır ki, keçmişdə
belə olmayıb, lakin mən hələ də düzlük və ədalətə inandığımdan, həqiqətən inanıram
ki, bu dəfə qarşıdakı parlament seçkilərində ilk dəfəkindən fərqli olaraq, seçkiləri
tam obyektiv qiymətləndirəcəksiniz.

Guman edirəm ki, həmişə olduğu kimi, nəticələriniz artıq hazırlanıb və
korporativ maraqlar DTİHB-in qələmini
yenə də qərəzliliyə yönləndirəcək.

Bu dəfə
buna inanmaq istəmirəm, inanmaq istəyirəm ki, Sizin səyləriniz nəticəsində bu
seçkilərdə DTİHB-in qiymətləndirməsi həqiqətən obyektiv ola bilər.

 

Hörmətlə,

 

Elxan Süleymanov,

AVCIYA prezidenti

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib