AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı Məlumdur ki, AŞPA Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter 12-13 mart 2015-ci il tarixlərində Bakıya rəsmi səfər edir. Səfərlə bağlı AŞPA-nın rəsmi internet resursunda yerləşdirilmiş məlumatın mətnində ciddi yanlışlığa yol verilmiş, məruzənin adı Dağlıq Qarabağ münaqişəsi kimi qeyd olunmuşdur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov bununla bağlı AŞPA Prezidenti xanım xanım Ann Brassörə, AŞ Bürosunun üzvlərinə, AŞ Baş Katibi Torbyörn Yaqlanda, AŞPA Baş Katibi Voysix Saviçkiyə  və məruzəçi Robert Volterə öz etiraz məktubunu göndərmiş, gələcəkdə belə sui istifadə hallarının qarşısını almaq üçün qurumun rəsmi internet resursun idarə edilməsi səlahiyyətinin AŞPA Baş Katibindən alınaraq müstəqil ekspertlərə verilməsini təklif etmişdir.

 Müraciət məktubunun tam mətnini nəzərinizə çatdırırıq.

 Hörmətli xanımlar və cənablar,

 AŞPA-nın plenar iclası 2 sentyabr 2014-cü ildə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” adlı qətnamə layihəmin məruzə üçün Siyasi Məsələlər Komitəsinə göndərilməsi barədə Büronun verdiyi qərarı təsdiqlədi.

Büronun bütün üzvlərinin yadındadır ki, bu qərar verilməzdən əvvəl Büroda olduqca ciddi müzakirələrlə yadda qalan bir neçə iclas keçirildi. AŞPA-nın Baş Katibi tərəfindən dəfələrlə əbəs yerə bir çox prosedur maneələri yaradıldı. Bundan əlavə, bu məruzənin dəqiq başlığı yeni və daha ciddi müzakirə mövzusu idi. Erməniləri dəstəkləyənlər, xüsusilə Baş Katib başlığı“Dağlıq Qarabağ münaqişəsi”nə qısaltmağı təkid edirdi, bu isə həm işğal edilmiş ərazilər reallığına, həm də bu məsələ ilə bağlı hazırki beynəlxalq mövqeyə zidd idi.

Xeyli sərt müzakirələrdən sonra Büronun böyük əksəriyyəti “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması”başlığını dəstəklədi. Başlıq plenar iclasda təsdiqləndi və Komitədə ermənilərin yenidən başlığı dəyişmək cəhdi geniş miqyasda rədd edildi.

Aidiyyəti bütün tərəflərin həmin mübahisələrə verdiyi böyük əhəmiyyət bir daha sübut edir ki, mətbuatda başlığın dəqiq sitat gətirilməsi bu məruzənin konteksti üçün xeyli vacibdir.

 Təəssüf ki, AŞPA administrasiyasının yaddaşı zəifdir.

Bir neçə ay sonra, 6 mart 2015-ci ildə AŞPA-nın xəbər saytında elan edilir:

 “AŞPA məruzəçisi Azərbaycana faktaraşdırıcı səfər edəcək:

Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volter (Birləşmiş Krallıq, EC) Dağlıq Qarabağ münaqişəsiməsələsinə dair hazırlayacağı məruzə kontekstində 12-13 mart 2015-ci ildə Bakıya faktaraşdırıcı səfər edəcək.

Cənab Volter qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq ictimaiyyətlə görüşlər keçirəcək.

 AŞPA-nın bütün xəbər materiallarında hər zaman yeni məruzənin tam və düzgün adı verildiyi halda, bu dəfə bu “unudulub”. Bundan əlavə, qəribə təsadüfdür ki, məhz Baş Katibin üstünlük verdiyi “Dağlıq Qarabağ münaqişəsinə dair…” başlığı məqalədə yenidən iki dəfə qeyd edilir, halbuki onun öz iştirakı ilə gedən sərt müzakirələrdən sonra  məhz bu başlıq dəfələrlə açıq-aydın rədd edilmişdi.

 AŞPA-nın saytında xəbərlər səhifəsinin baş redaktoru kimi, AŞPA Baş Katibi ictimaiyyətin AŞPA barədə nəyi və necə öyrənməli olması məsələsində müstəsna səlahiyyətə malikdir.

Lakin qəbuledilməz məqam odur ki, bir “bitərəf” əməkdaş bu səlahiyyətdən sui-istifadə edərək, şəxsi siyasi proqramını ifadə edir, Büro, plenar iclas və Komitənin uzun müzakirələrdən sonra qəbul etdiyi rəsmi və həlledici qərarlara qarşı çıxır.

O, həmin məqalənin müəllifi olmadığını iddia etsə belə, AŞPA-da yaxşı məlumdur ki, Baş Katib sayt üçün bütün materialları diqqətlə nəzərdən keçirir və təsdiqləyir. Şübhəsiz, administrasiya rəhbəri kimi, bu məsələdə yekun məsuliyyət istənilən halda onun üzərindədir.

Biz, deputat kimi, AŞPA ictimai mediasının belə siyasi sui-istifadəsi qarşısında gücsüzük.

Beləliklə, biz bu gün AŞPA Prezidentindən AŞPA administrasiyasının rəhbərini bu məsələdə qaydalara riayət etməyə çağırmasını xahiş edirik. Eyni zamanda məruzəçi cənab Volterdən çaşqınlığa düşməməyi və həm mediada, həm də məruzəsində hər zaman tam başlığı qeyd etməyi xahiş edirəm.

Sonda icazənizlə Büronun bütün üzvlərinə bu səlahiyyəti Baş Katibdən alaraq, kollegial razılıqdan sonra xəbərləri redaktə edən və AŞPA-da verilmiş qərarların təqdim edilməsi və hüquqi tərəfləri sahəsində bacarığı olan müstəqil mütəxəssislərə verməyi təklif edirəm.

Mənimlə razılaşarsınız ki, demokratiya evində belə mühüm səlahiyyət yalnız bir nəfərin əlində olmamalıdır.

 Dərin hörmətlə,

Elxan Süleymanov

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

 11.03.2015

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib