Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilibBu gün 18 aprel, Yevlax şəhəri Heydər Əliyev sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasıyasının “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib. 
Regional toplantıda Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar və jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilibBu gün 18 aprel, Yevlax şəhəri Heydər Əliyev sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasıyasının “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib. 
Regional toplantıda Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar və jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirin aparıcısı, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov tədbir haqqında ümumi məlumat verdikdən sonra Şamaxının millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanov AVCİYA-nın bu layihəsinin əhəmiyyətini vurğulayaraq, qalib gələn iştirakçıları təbrik edib. Rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi əməkdar rəssam, rəsm müsabiqəsinin münsiflər heyətinin sədri Elşən Hacızadə, jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin qaliblərini isə Söz Azadlığıını Müdafiə Fondunun sədri, şair Musa Yaqub mükafatlandırıb. Gənc rəssam Orxan Əsədov “Qarabağ həsrəti” əsərinə görə birinci, Əzizə Məmmədli ikinci, Nəzrin Məmmədova isə üçüncü yerin qalibi seçilib. Mükafatlandırma mərasimindən sonra layihənin kordinatoru Samir İsayev çıxış edərək, layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib

(more…)

Bənzər mövzular

Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
AVCİYA-nın növbəti nəşri Göyçayda təqdim olundu
Şamaxıda VII M.Ə.Sabir Bədii qiraət müsabiqəsi oldu (Fotolar)
Baş katib Savitskinin AŞPA-da gizli kəşfiyyat xidməti