Bakıda Mirzə Әləkbər Sabir yaradıcılığına həsr tədbir keçirildi

Bakıda Mirzə Әləkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələrinin (2011-2013-cü illər) qaliblərinin hesabat çıxışlarına həsr olunan tədbir keçirilib

BayMedia-nın məlumatına görə, tədbir M.Ә.Sabirin doğulduğu Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılğı ilə keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Publika.Az portalının və “Gündəlik Teleqraf” qəzetinin təsisçisi Aynur Camalqızı, şair Musa Yaqub, şair-yazıçı Әjdər Ol, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Әjdər Şükürov və digər şəxslər iştirak ediblər.
Çıxış edənlər bildirib ki, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu tipli müsabiqələrin təşkili xüsusi önəm kəsb edir.
Qeyd olunub ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Daha sonra qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin müstəsna xidmətləri olduğunu nəzərə alaraq 2013-cü ilin yekun təqdimatında çoxsaylı qalibləri olan müəllimlər xüsusi diplomlarla təltif edilib.
Sonda 3 media orqanı – Publika.az, Azadinform.az, Salamnews.az xəbər portalları fəxri diplomlarla təltif edilib.
Xatırladaq ki, M.Ə.Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələri Şamaxıdan millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən etibarən keçirilir. İndiyədək tanınmış ziyalıların qatıldığı münsiflər heyətinin qərarı ilə üç il ərzində 29 nəfər qalib seçilib. 2011-ci ildə 69 nəfər, 2012-ci ildə 82 nəfər, 2013-cü ildə isə 196 nəfər final turunda iştirak edib.

Bənzər mövzular

AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir
Böyük şair haqqında kiçik yazı