Şamaxıda Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb

 

Şamaxıda millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu  (SAMF) ilə AVCİYA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsi yekunlaşıb.

APA-nın məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.

 

Çıxış edən Söz Azadlığını Müdafiə Fondunun sədri, xalq şairi Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsi üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışaraq bu il III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfər  iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, AVCİYA prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adına təqaüd  verilir.

AVCİYA prezidenti Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib.  Millət vəkili bu günədək keçirilən müsabiqə qaliblərinin iştirakı ilə Bakıda geniş teatrlaşdırılmış təqdimatın keçiriləcəyini bildirərək, on iki nəfər qalibə diplom və  pul mükafatları təqdim edib.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Bənzər mövzular

Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir