Şamaxıda M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsinə yekun vurulub

AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu  (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinə yekun vurulub. 
Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində  keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə böyük maraq olduğunu  və  III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfərin iştirak etdiyini dilə gətirib. 

Onun sözlərinə görə, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adina təqaüd  verilir.
SAMF-ın sədri ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq üçüncü dəfə keçirilən müsabiqəyə edilən bəzi əlavələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliğinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Tədbirdə Şamaxı  RİH başçısının birinci müavini Qasım Qasımov, filologiya üzrə fəlsəfə doktoru  Eyvaz Eminalıyev, Məlhəm kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Rəfiqə Ağayeva,  o cümlədən münsiflər heyətinin üzvləri – M.Ə.Sabirin ev muzeyinin direktoru  Rəqsanə  Xəlilzadə, əməkdar artistlər Azad Şükürov və Ağalar Bayramov çıxış edərək belə müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışaraq müsabiqənin təşilatçılarına minnətdarlıqlarını bidiriblər.
Sonda AVCİYA-nın prezidenti Elxan Süleymanov çıxış edərək Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir. Qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin müstəsna xidmətləri olduğunu bildirən müsabiqənin ideya müəllifi bu dəfəki müsabiqədə çoxsaylı qalibləri olan müəllimlərin də xüsusi diplomlarla təltif edildiyini bildirib.
Çıxışının sonunda Elxan Süleymanov bu günədək keçirilən müsabiqə  qaliblərinin iştirakı ilə Bakıda geniş  teatrlaşdırlımış təqdimatın keçiriləcəyini birdirib, on iki nəfər qalibə diplom və  pul mükafatları təqdim edib. 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib