M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsi başa çatır

May ayının 18-də Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu keçiriləcək. 

AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə həyata keçirilən müsabiqənin təqdimat mərasimi isə may ayının 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq. Tədbir çərçivəsində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçiriləcək.

Bu günlərdə təşkilat komitəsinin üzvləri Dəyanət Musayev və Vüqar Tofiqli layihə çərçivəsində Şamaxı rayonunun tədris müəssisələrində görüşlər keçirərək, müsabiqənin gedişi ilə maraqlanıblar. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında, Şamaxı Humanitar Kollecdə, şəhər 1 və 5 saylı tam orta məktəbində müsabqənin gedişi ilə tanış olublar.

Layihə çərçivəsində təşkilat komitəsinin üzvləri həmçinin rayon təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar keçiriblər. Görüşdə rayonun kənd və qəsəbə məktəblərində çalışan 30 nəfərədək ədəbiyyat müəllimi iştirak edib.

SAMF-ın icraçı direktoru V.Tofiqli üçüncü dəfə keçirilən müsabiqənin şərtlərindən danışaraq, müsabiqənin gedişi barəsində ətraflı danışıb. SAMF təmsilçisi müsabiqəyə edilən bəzi əlavələr haqqında da tədbir iştirakçılarını məlumatlandırıb. 

Qeyd edək ki, bu dəfəki müsabiqənin yeniliklərindən biri də M.Ə.Sabirin müasirlərinin yaradıcılığına müraciət edilməsinə şəraitin yaradılmasıdır.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Xatırladaq ki, qaliblərə AVCİYA prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcək.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib