Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Elxan Süleymanovun Qərargahı. PRESS RELİZ 01.09.2011

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları komitəsinin sədri cənab Kristos Pirqurides və komitənin üzvü xanım Elza Papadimitrio Azərbaycanda səfərdədirlər. Bu gün, sentyabr ayının 1-də qonaqlar istintaq təcridxanası və cəzaçəkmə müəssisələrinə baş çəkəcək, Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov və Azərbaycan Respublikasının ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ilə görüşəcəklər. Sentyabrın 2-də cənab Kristos Pirqurides və xanım Elza Papadimitrio bir sıra rəsmi görüşlər keçirəcəklər.

Belə ki, qonaqlar Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Hidayət Orucov tərəfindən qəbul olunacaqlar və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirəcəklər. Görüşlərin sonunda mətbuat nümayəndələri üçün brifinqin keçirilməsi planlaşdırılır. Qonaqların Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən qəbulu da gözlənilir.

Xatırladaq ki, cənab Kristos Pirqurides Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının üzvü kimi 19-22 iyul tarixlərində millət vəkili Elxan Süleymanovun tərəfindən Azərbaycana dəvət edilmiş və Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Cənab Lukas Volontenin rəhbərlik etdiyi 11 nəfərdən ibarət qrupun tərkibində Azərbaycana səfər etməli idi. Lakin, o tarixlərdə öz ölkəsinin parlamentində məşğul olduğundan cənab Pirqurides səfərini indi reallaşdıra bilib.

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb