BELÇİKADA SABİRİN HEYKƏLİ QOYULACAQ

Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov 26-28 avqustda Belçikaya səfər edib. O, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Blanşarla görüşüb. Səfər zamanı cənab Blanşarın meri olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib.

Qeyd etmək lazımdır ki, cənab Blanşarın rəhbərliyi altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə heyəti 04-08 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasına səfər etmişdi. Onlar səfər çərçivəsində həmçinin Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla görüşmüşdülər. Görüş zamanı Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq əldə edilmişdi. Odur ki, Şamaxının millət vəkili Elxan Süleymanovun Belçikaya səfəri zamanı  Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması istiqamətində müvafiq sənədlərin qəbul edilməsi və yaxın zamanlarda qarşılıqlı olaraq konkret tədbirlərin keçirilməsi qərara alınıb. Görüş zamanı Belçika və Azərbaycan üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

 

Bənzər mövzular

AŞPA nəzdində korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun hesabatı hansı məqamlardan xəbər verir?  
Şamaxının millət vəkili Elxan Süleymanov Böyük Vətən müharibəsi veteranlarını təbrik edib
AŞPA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Şamaxının millət vəkili Elxan Süleymanovun qərarganında şamaxılı gənclərlə görüş keçirilib