Azərbaycanın xarici işlər naziri AŞPA nümayəndə heyətini qəbul edib

APA – 21. 07. 2011

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkənin yüksəlməkdə olan regional rolu barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunan nazir Minsk Qrupu həmsədr ölkələrinin liderlərinin bəyanatında qeyd edildiyi kimi, yaranmış vəziyyətin qəbul edilməz olduğunu vurğulayaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini və bunu tələb edən BMT, Avropa Parlamenti və bir sıra digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinin olduğunu qonaqların diqqətinə çatdırıb.
AŞPA nümayəndə heyətinin üzvləri mühüm geostrateji mövqeyə malik olan Azərbaycanın Avropa üçün enerji sahəsində əməkdaşlıq baxımından çox mühüm bir ölkə olduğunu vurğulayıb. Nümayəndə heyəti Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olduqlarını bildiriblər.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb