“Azərbaycanda xristianlığın, islamın və digər dinlərin təriqətlərinə mənsub insanlar arasında dini zəmində heç vaxt qarşıdurma baş verməyib”

APA – 21.07.2011

“Azərbaycanda xristianlıqla bağlı önəmli məqamlardan biri bu dinin müxtəlif, hətta bir-birini qəbul etməyən təriqət və məzhəblərinin sərbəst fəaliyyət göstərməsidir”.  APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda keçirilən dəyirmi masada çıxışında bildirib.

H. Orucov deyib ki, əslində Azərbaycanda təkcə xristianlıq deyil, digər dinlərlə bağlı vəziyyət də belədir: “Yəni həm xristianlığın, həm islamın, həm də başqa dinlərin bir-birini qəbul etməyən təriqətlərinə mənsub insanlar neçə əsr öncədən burada yaşayırlar və indiyədək onlar arasında dini zəmində heç bir qarşıdurma baş verməyib”.
Komitə sədri daha sonra bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələri üçün tolerantlıq, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı bir məkan nümunəsi ola bilər: “Bu mənada inanıram ki, dinlər və mədəniyyətlərarası dialoq Avropa Şurası və Azərbaycan arasında çox mühüm bir əməkdaşlıq sahəsi olacaq”.

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb