“Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair”

APA –  21. 07. 2011

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə komitə sədri Hidayət Orucov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri və üzvləri, Azərbaycandakı dini icma rəhbərləri, deputatlar iştirak edib.

APA  21. 07. 2011

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə komitə sədri Hidayət Orucov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri və üzvləri, Azərbaycandakı dini icma rəhbərləri, deputatlar iştirak edib.

DQİDK sədri Hidayət Orucov “Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq” mövzusunda çıxış edib. O deyib ki, Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir: “Çünki müxt

əlif tarixi dövrlərdə çoxsaylı dini-etnik qruplar Azərbaycanda məskunlaşıb, yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub”.
H. Orucov bildirib ki, indiki dövrdə Azərbaycanda dini vəziyyətin və dini dözümsüzlüyün səviyyəsini müəyyən etmək məqsədilə qeydiyyatdan keçərək rəsmi fəaliyyət göstərən dini icmaların sayına baxmaq kifayətdir: “Əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti vətəndaşlarının əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol vermək olmaz”.
AŞPA Avropa Xalq Partiyası fraksiyasının prezidenti Lukas Volonten isə bəyan edib ki, Azərbaycanda digər dinlərə göstərilən münasibət bütün müsəlman ölkələri üçün nümunə ola bilər.
Tədbirdə deputatlar Elxan Süleymanov və Rövşən Rzayev, Qafqaz Müsəlmanları İdarəsinin, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının, “Bakı Dağ Yəhudiləri” dini icmasının və digər dini icmaların rəhbər və nümayəndələri çıxış edərək Azərbaycanın tolerant ölkə olduğunu bildirərək burada dini, milli ayrı-seçkiliyin olmadığını vurğulayıblar. 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib