BELÇİKA PARLAMENTİNİN ÜZVLƏRİ AZƏRBAYCANDA

Belçika parlamentinin üzvləri Filip Blanşar,  David Geerts,  Olivier Henri, Willem-Frederik Schiltz və  Fəxri Senator Stef Goris Bakıda səfərdədirlər. Nümayəndə heyətinə Belçika parlamentinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun sədri  Filip Blanşar rəhbərlik edir.

Səfər millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, “EURONEST” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyası Sədrinin müavini və büro üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun dəvəti ilə baş tutub. 

Belçikalı deputatlar bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovla görüşüblər. Görüş zamanı komitənin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin mövcud vəziyyəti, onların problemləri haqqında Belçikalı deputatlara ətraflı məlumat verib, ölkə rəhbərliyinin onların həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb. Belçikalı deputatlar da öz növbəsində, Azərbaycanın dünya ölkələrinə daha çox informasiya yaymasının, problemlərin həlli üçün qarşılıqlı səfərlərin edilməsinin, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun işinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qonaqların səfər proqramı davam edir.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib