AVCIYA VƏ SAMF ŞAMAXIDA SABİR GÜNLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİB

Yeni Müsavat – 27 may 2011-ci il
Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Azərbaycanın tanınmış şairi, SAMF sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışmış, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərininə xüsusi rolu olduğunu qeyd edib.

Yeni Müsavat – 27 may 2011-ci il

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Azərbaycanın tanınmış şairi, SAMF sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışmış, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərininə xüsusi rolu olduğunu qeyd edib.

O həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun gördüyü işlər haqqında ətraflı məlumat verib. Musa Yaqub AVCIYA rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Ə.Xaqanınin Məlhəm kəndindəki abidəsinin və M.Ə.Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbrüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF- nin sədri bildirib ki, hər iki təşkilatın təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. 01 mart 2011-ci ildə start götürən müsabiqə 24 may 2001-ci ildə sona çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov tədbirin Şamaxı rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd edib. Şamaxı rayon ziyalısı, filalogiya elmləri namizədi Eyvaz Eminalıyev də bu müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, müsabiqənin qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yazıçılar Birliyinin təmsilçisi Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına Yazıçılar Birliyinin sədri Anarın təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı olmasını arzulayıb.Mirzə Ələkbər Sabir nəslinin nümayəndəsi şair Musa Ələkbərli çıxışında, M.Ə.Sabir irsinə olan hörmət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıq ifadə edib. Münsiflər heyətinin sədri, xalq artisti Tofiq İsmayılov müsabiqənin təşkili və münsiflər heyətinin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. Final turunda 61 nəfərin içtirak etdiyi müsabiqədə 10 nəfər qalib adını qazanıb. Məmişova Günay, Məmişov Ruslan 1-ci yerə, Mirzəyeva Lamiyə, Kərimova Zərəfşan, Qarayeva Afaq 2-ci yerə, Pənahova Elnarə, Əfəndiyeva Nəzrin, Heybətova Nuranə, Məcdunov Elcan, Məmmədov Tərlan isə 3-cü yerə layiq görülüblər.Bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov da M.Ə.Sabir yaradıcılığından geniş söz açaraq, qalibləri təbrik edib.Yekun sözü ilə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov çıxış edib.E.Süleymanov M.Ə.Sabir şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, belə müsabiqələrin gənc nəslin vətənpərvər ruhda yetişməsi, onların elmə, təhsilə olan marağının artması üçün vacib olduğunu xüsusi olaraq diqqətə çatdırıb. AVCİYA prezidenti qaliblərə uğurlar arzulamış, onlara pul mükafatı, kitablar və diplomlar təqdim etmişdir. Bununla yanaşı, 10 nəfər qalibin hər birinin bir il ərzində, M.Ə. Sabirin 150 illik yubileyinədək 50 manat olmaqla təqaüd alacağını bildirib. Elxan Süleymanov çıxışının sonunda bildirib ki, rəhbərlik etdiyi təşkilat Söz Azadılığını Müdafiə Fondu ilə birlikdə M.Ə.Sabir yaradaıcılığına həsr olumuş ümumrespublika bədii qiraət müsabiqəsinə start verib. Artiq təşkilat komitəsi yaradılıb. Müsabiqənin yekun turu 2012-ci ilin may ayında Şamaxıda yekunlaşacaq.

Xəbər xidməti

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib