M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar (25.05.2011)

 

Məlum olduğu kimi, 25 may 2011-ci ildə Şamaxıda  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə M.Ə.Sabir yaradıcılığına yenidən müraciət olunmuş, ziyalılar tərəfindən Sabir yaradıcılığının ədibiyyatşünaslıqda rolu və yeri haqqında çıxışlar edilmiş, şagird, tələbə və bədii qiraət ustaları tərəfindən şairin şerləri oxunmuş, AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən müsabiqənin qalibləri mükafatlandırılmış, onlara təhsillərində uğurlar arzulanmışdır.

Müsabiqənin qaliblərinin tam siyahısını sizə təqdim edirik.

Məmişova Günay Ülvi qızı-Sabir qəsəbə orta məktəbinin 6-cı sinif şagirdi, Məmişov Ruslan Vüqar oğlu -Sabir qəsəbə məktəbinin 5-ci sinif şagirdi 1-ci yerə, Mirzəyeva Lamiyə Mirzə qızı- Məlhəm kənd orta məktəbinin 9-cu sinif şagirdi, Kərimova Zərəfşan Əlisa qızı-Məlhəm kənd orta məktəbinin 9-cu sinif şagirdi və Qarayeva Afaq Fərman qızı-Şamaxı Humanitar Kollecinin I kurs tələbəsi 2-ci yerə. Pənahova Elnarə Sahil qızı-Göylər kənd 1 nömrəli məktəbinin 7-ci sinif şagirdi, Əfəndiyeva Nəzrin Heydər qızı-Şamaxı şəhər 2 nömrəli məktəbin 5-ci sinif şagirdi, Heybətova Nuranə Bəşir qızı- Şamaxı şəhər 6 nömrəli məktəbin 5-ci sinif şagirdi, Məcdunov Elcan Səməd oğlu-Mərzəndiyə kənd orta məktəbinin şagirdi, Məmmədov Tərlan Xosrov oğlu-Adnalı kənd orta məktəbinin 7-ci sinif şagirdi- 3-cü yerə layiq görülmüşlər. Sonda Şamaxının millət vəkili Elxan Süleymanov və münsiflər heyəti qaliblərlə xatirə şəkli çəkdirmişlər.

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib