Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir

25 may 2011-ci ildə Şamaxıda  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın tanınmış ziyalısı Musa Yaqub açaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 01 mart 2011-ci ildə start götürən müsabiqə 24 may 2001-ci ildə sona çatmışdır. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz  bacarıqlarını nümayiş etdirmişdilər. Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin gələcəkdə də keçiriləcəyinin iştirakçıların diqqətinə çatdırmışdır.

Sonra çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının müvini Əşrəf Şükürov tədbirin Şamaxı rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd etmişdir.

Şamaxı rayon ziyalısı, filalogiya elmləri namizədi Eyvaz Eminalıyev də bu müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vuğulayaraq, müsabiqənin qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Çıxış üçün söz Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdüri Ədalət Əsgəroğluna verimişdir. Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına Yazıçılar Birliyinin sədri Anarın təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı olmasını arzulamışdır.

Mirzə Ələkbər Sabir nəslinin nümayəndəsi Musa Ələkbərli çıxışında, M.Ə.Sabir irsinə olan hörmət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıq ifadə etmişdir.

Münsiflər heyətinin sədri kinorejissor Tofiq İsmayılov müsabiqənin təşkili və münsiflər heyətinin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etmişdir ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak etmişlər. Final turunda 61 nəfərin içtirak etdiyi müsabiqədə 10 nəfər qalib adını qazanmışdır. Məmişova Günay, Məmişov Ruslan 1-ci yerə, Mirzəyeva Lamiyə, Kərimova Zərəfşan, Qarayeva Afaq 2-ci yerə, Pənahova Elnarə, Əfəndiyeva Nəzrin, Heybətova Nuranə, Məcdunov Elcan, Məmmədov Tərlan isə 3-cü yerə layiq görülmüşlər.

Bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov da M.Ə.Sabir yaradıcılığından geniş söz açaraq, qalibləri təbrik etmişdir.

Yekun sözü ilə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov şıxış etmişdir. E. Süleymanov M.Ə.Sabir şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, belə müsabiqələrin gənc nəslin vətənpərvər ruhda yetişməsi, onların elmə, təhsilə olan marağının artması üçün vacib olduğunu xüsusi olaraq diqqətə çatdırmışdır.. Elxan Süleymanov qaliblərə uğurlar arzulamış, onlara  pul mükafatı, kitablar və diplomlar təqdim etmişdir.  

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib