Şamaxıda müharibə veteranları ilə görüş keçirilib

Şamaxıda millət vəkili Elxan Süleymanovun qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonundan olan II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. Millət vəkili E.Süleymanov Azərbaycan xalqının ikinci dünya müharibəsi illərində göstərdiyi rəşadətdən, müharibədə Bakı neftinin həlledici rolundan danışaraq, bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib.

Həmin dövrdə Şamaxının 43 min nəfər sakininin 28 faizinin müharibəyə könüllü getdiyini vurğulayan millət vəkili, onların demək olar ki, yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, şair Musa Yaqub, 91 yaşlı Muradəli Heydərov çıxışında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib, onları cəmiyyətin ən əziz, hörmətli insanları olduğunu bildiriblər. Millət vəkili Elxan Süleymanov faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edib, onların qayğı və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda Şamaxıda 48 Böyük Vətən Müharibəsi veteranı yaşayır. Mərasim yerli incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.

BƏXTİYAR

Bənzər mövzular

AŞPA nəzdində korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun hesabatı hansı məqamlardan xəbər verir?  
Şamaxının millət vəkili Elxan Süleymanov Böyük Vətən müharibəsi veteranlarını təbrik edib
AŞPA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Şamaxının millət vəkili Elxan Süleymanovun qərarganında şamaxılı gənclərlə görüş keçirilib