ŞAMAXININ MİLLƏT VƏKİLİ ŞAMAXILI MÜHARİBƏ VETERANLARINI TƏBRİK ETDİ

 

7 mayda Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxıda Böyük Vətən müharibəsi veteranlarının böyük bir qrupunu Qələbə günü münasibətilə təbrik edib. Elxan Süleymanov böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranları səmimi salamlayıb. Millət vəkilinin sürəkli alqışlarla müşayiət edilən çıxışından sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, Zərdab rayon sakini, “Şərəf” ordeninin tam kavaleri Muradəli Heydərov və xalq şairi Musa Yaqub çıxış ediblər.

Millət vəkilinin qərargahında baş tutan mərasimdə Aşıq Şərbətin Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə nəşr edilmiş “Azərbaycanım” kitabı da təqdim edilib.

 

Elxan Süleymanov veteranlara xatırə qol saatları hədiyyə edib.

 

Mərasim müsiqi proqramı ilə başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bənzər mövzular

Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi
Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi
Elxan Süleymanov Xocalı şəhidlərinin xatirəsinə ehsan verdi
Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub