“Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanovun “Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru” adlı yeni kitabı çapdan çıxıb. Kitabda Azərbaycan – Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikası araşdırılır, “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi” çərçivəsində, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq,  milli qanunvericiliyin Avropa İttifaqı hüquq sisteminə uyğunlaşdırılması, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səyləri münasibətlərin prioritet istiqamətləri  kimi təhlil edilir.

 Kitabda müxtəlif statistik məlumatlardan, rəsmi sənədlərdən geniş istifadə edilib.

Azərbaycan və ingilis dillərində nəşr edilən kitab ümidvarıq ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərlə maraqlanan oxucuların ürəyincə olacaqdır.

Bənzər mövzular

Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir