Şamaxı soyqırımına həsr olunmuş beynəlxalq konfrans

Ermənilər Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını qətlə yetiriblər

//simsar.az/

Dünən Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Şamaxı soyqırımı (1918 – ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçiririlib. “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin üzvləri, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri, o cümlədən Avropanın 7 ölkəsindən jurnalist və siyasətçilər ekspert qismində iştirak ediblər.

Ermənilər Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını qətlə yetiriblər

//simsar.az/

Dünən Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Şamaxı soyqırımı (1918 – ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçiririlib. “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin üzvləri, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri, o cümlədən Avropanın 7 ölkəsindən jurnalist və siyasətçilər ekspert qismində iştirak ediblər.
AVCİYA-nın prezidenti, Şamaxıdan olan millət vəkili Elxan Süleymanov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. O, Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələrinin yandırılıb uçurulduğunu qeyd edib. Millət vəkili ölkəmizin 1991 – ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən problemin obyektiv tədqiqi üçün şərait yarandığını vurğulayıb: “Heydər Əliyev Fondunun “Tolerantlıq ünvanı-Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidinin yenidən qurulması da tarixi ədalətin bərpası sahəsində görülən müsbət işlərdəndir. Prezident İlham Əliyevin digər tarixi abidələrlə yanaşı Şamaxı Cümə məscidində aparılan bərpa işlərinə xüsusi diqqət yetirməsi tarixi ədalətin bərpasına göstərilən qayğının nümunəsidir”.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şamaxıda ermənilər tərəfindən törədilmiş faciəni Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndirib.
Qeyd edək ki, konfransda “Şamaxı soyqırımı (1918 – ci il )” adlı kitabın təqdimatı da olub. Kitabın müəllifi Məhərrəm Zülfüqarlı çıxış edərək bu soyqıırımla bağlı apardığı tədqiqat işlərindən danışıb: “Şamaxı qəzasında 120 kənd olub ki, bunlardan da 86 – sı erməni təcavüzünə məruz qalıb. Komissiyanın sənədlərinə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olub. Lakin Şamaxının 33 kəndində komissiyanın tədqiqat aparması mümkün olmayıb. Bu işin qarşısı 1920 – ci ilin fevralında qəbul edilmiş aministiya haqqında qanun və Sovet Rusiyasının (27 aprel 1920 – ci il) Azərbaycanı işğalı ilə alınıb”.
Almaniya Parlamentinin üzvü professor Haqqı Kəskin, italiyalı jurnalist-tətqiqatçı Robeto Kobalyero, ispaniyalı senator Arkadio Dias, finlandiyalı jurnalist Esa Tuominen və başqaları çıxışlarında soyqırım haqqında eşitdiklərindən kədərləndiklərini bildiriblər. Konfransda çıxış edən finlandiyalı jurnalist, ATƏT-in parlament Assambleyasının üzvü EsaTuominen bildirib ki, indiyədək bu soyqırım haqqında məlumatsız olub. Xarici jurnalist bu proseslərin həllində yeni təsissatlara ehtiyac olduğunu, soyqırımı bütün xarici ölkələrə tanıtmaq üçün Azərbaycan daha çox iş görməlidir.
Millət vəkili Qənirə Paşayeva çıxışında Şamaxı soyqırımına beynəlxalq aləmin səssiz yanaşmasından təəssüflənib: “Biz bu soyqırımı edən düşüncənin durdurulmasına çalışırıq. Əks təqdirdə daha pis mənzərə ilə qarşlaşa bilərik”.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, erməni soyqırımlarının dünyaya çatdırlması üçün əlimizdən gələni etməliyik.
Filoloq Seyfəddin Qəniyevə görə isə sənədlər, xatirələr bir daha təsdiqləyir ki, Şamaxını talan edən ermənilərin əhaliyə verdikləri cəzaların da dünyada analoqu olmayıb.
Konfransada Şamaxı soyqırımında öldürülənlərin qohumlarında bir neçəsi də çıxış etdilər. Onlar bu faciəni görən yaxınlarından eştdikləri faktlardan da danışdılar.
RUSLAN

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib