Şamaxı rayonunda “Şamaxı soyqırımı -1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib

APA

Şamaxı. Şahnəzər Bəşirov – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə martın 14-də Şamaxı rayonunda “Şamaxı soyqırımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, tədbirdə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri, Milli Məclisin deputatları, yerli və xarici alimlər, QHT və KİV nümayəndələri, Şamaxı ziyalıları iştirak edib. Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru Məhərrəm Zülfüqarlı, Almaniya Parlamentinin üzvü professor Haqqı Kəskin, professor Şövqi Göyçaylı, Seyfəddin Qəniyev, italiyalı jurnalist-tətqiqatçı Robeto Kobalyero, senator Arkadio Dias və başqaları çıxış edib.

Çıxışlarda qeyd olunub ki, ermənilər tərəfindən 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin həyata keçirilməsindən beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı yoxdur. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin tədqiqi onu göstərir ki, bunlardan ən dəhşətlisi 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və digər ərazilərdə baş verib. Hadisələr zamanı 50 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.

Tədbirə qatılan xarici ölkələrdən olan parlament üzvləri və jurnalistlər çıxışlarında günahsız insanlara qarşı törədilən soyqırımı faktlarını, Azərbaycanlıların haqq səsini öz ölkələrinə və beynəlxalq ictimaiyyətə çatdıracaqlarını, beynəlxalq qurumlarda müəyyən qərarların qəbul edilməsində həqiqətin ortaya qoyulmasının təmin edilməsinə çalışacaqlarını bildiriblər. Tədbirdə Şamaxı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tarixçi Məhərrəm Zülfüqarlının hazırladığı və iki dildə çap edilən, gələcəkdə daha 3 dildə də nəşr ediləcək kitab oxuculara təqdim edilib.
AVCİYA-nın prezidenti, millər vəkili Elxan Süleymanov gələcəkdə bu cür tədbirlərin qırğınlar törədilmiş digər rayonlarda, eləcə də xarici ölkələrdə keçiriləcəyini bildirib.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib