AVCİYA Şamaxıda beynəlxalq konfrans təşkil etdi

//qhtxeber.az//

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il )” layihəsi çərçivəsində təşkil olunan “Şamaxı soyqırımı (1918 – ci il )” mövzusunda beynəlxalq elmi – praktik konfransa keçirilib. qhtxeber.az-ın verdiyi xəbərə görə, Şamaxı rayonundan təşkil olunan beynəlxaql konfransa Milli Məclisin üzvləri, ombudsman, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri iştirak ediblər. Avropa Parlament Assambleyasinin 12 nəfər üzvünün də ekspert qismində iştirak etdiyi konfransda çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov soyqırım haqqında geniş məlumat verərərk, ümumilikdə Qarabağ münaqişəsinin həllində çalışan beynəlxalq təşkilatları fəaliyyətsiz adlandırıb: “18 ildi ATƏT gəlib-gedir. Lakin, hələdə heç bir müsbət addım atmayıb. Belə olan təqdirdə o quruma heç bir ad vermək olmaz”.

Daha sonra çıxış edən Assosiasiyanın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, ermənilərin törətdikləri vəhşiliklər elmi ədəbiyyatlarda çox az işlənib: “Tarixini unudan xalqın tarixi təkrar olunur. Öz tariximizin vaxtında düzgün çatdıra bilmədiyimiz üçün bu gün də çətinliklərlə üzləşirik.
Konfransda çıxış edən finlandiyalı jurnalist, ATƏT-in parlament Assambleyasının üzvü EsaTuominen bildirib ki, indiyədək bu soyqırım haqqında məlumatsız olub. Xarici jurnalist bu proseslərin həllində yeni təsissatlara ehtiyac olduğunu, soyqırımı bütün xarici ölkələrə tanıtmaq üçün Azərbaycan daha çox iş görməlidir. Daha sonra çıxış edən ombudsman Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar 31 mart soyqırım dəhşətlərdən bəhs edib.Tədirdə E.Süleymanovun rəhbərliyi ilə M. Zülfüqarlımın müəllifi olduğu “Şamaxı soyqırımı -1918-ci il” adlı kitabın təqdimatı da keçirilib. Bir neçə dildə nəşr edilən kitabda ermənilərin törətdikləri cinayətlər və soyqırımının tarixi köklərindən bəhs edir.
31 mart soyqırımı nəticəsində Şamaxı qəzasında 120 kənd olub ki, bunlardan da 86 – sı erməni təcavüzünə məruz qalıb. Komissiyasının sənədlərinə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olub. Lakin Şamaxının 33 kəndində komissiyanın tədqiqat aparması mümkün olmayıb.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib