Millət vəkili Elxan Süleymanov qəhrəman analarla görüş keçirib – 03.03.2011

Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun rayonun qəhrəman analarının böyük bir qrupu ilə görüşü keçirilmişdir. Millət vəkili görüşdə iştirak edən 200-dək qəhrəman ananı təbrik etmiş, anaların bu gün Azərbycan ailəsinin qədim ənənələrinin, saflığınının qorunmasında, cəmiyyətimizin inkişafında danılmaz rolu olduğunu bildirmişdir. O, bu istiqamətdə aparılan işlərə millət vəkillərinin də öz töhfələrini verməli olduğunu dilə gətirmişdir

Görüşdə həmçinin,  Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, mədəniyət şöbəsinin müdiri Məleykə Kamilova, rayon qadınlar şurasının sədri Nəzakət Rəzzaqova iştirak etmişdir. Tədbirin sonunda qəhrəman analara millət vəkilinin adından təbrik məktubları və hədiyyələr təqdim edilmişdir.

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb